"İlin adamı"nın adı məlum oldu

"İlin adamı"nın adı məlum oldu
17:56 9 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Time" jurnalı Almaniya kansleri Angela Merkeli "İlin adamı" elan etdi.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın nüfuzlu həftəlik jurnalı, - "Time" Merkelin Avropadakı borc böhranı, qaçqın problemi, Rusiyanın Ukraynaya müdaxiləsi kimi mövzularda göstərdiyi liderliyə əsasən bu ada layiq görülüb. Qeyd edək ki, "İlin adamı"nı jurnalın icraçı direktoru özü müəyyənləşdirir.

Əslində, siyahıya Rusiya lideri Vladimir Putin ilə İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr Əl-Bağdadi liderlik edirdi.



Bu şəxslərdən başqa jurnalın namizədləri arasında ABŞ-ın dövlət katibi Con Kerri, İran prezidenti Həsən Ruhani, ABŞ prezidentliyinə namizəd Donald Tramp, Türkiyə sahillərində həlak olmuş Suriyalı 3 yaşlı Aylan Kurdinin də adları olub.

Ötən il "Time" jurnalı Hindistanın baş naziri Narendra Modini, 2013-cü ildə isə Roma papası Fransiski "ilin adamı elan edib.

"İlin adamı" "Time" jurnalının ənənəvi mükafatıdır. Jurnal hər il sonuncu nömrəsində "İlin adamı"nı elan edir. "İlin adamı" nominasiyası 1927-ci ildən verilir. İlk dəfə bu ada Atlantik okeanı okeanı üzərindən ilk dəfə uçuş həyata keçirən pilot Çarlz Lindberq layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR