Azercell "Hədsiz" tarif paketində yenilik etdi

Azercell "Hədsiz" tarif paketində yenilik etdi
18:03 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ölkənin lider mobil operatoru - "Azercell" soyuq qış günlərində abunəçilərini yeni kampaniyalar, endirimli tarif paketləri və unikal xidmətləri ilə sevindirir.

Yeni il ərəfəsində şirkət “Hədsiz” tarifinin istifadəçiləri üçün internet paketlərində yenilik təqdim edir. Yeniliyə əsasən, “Hədsiz” paketindən istifadə edən abunəçilər bundan sonra xüsusi təkrarlanmayan İnternet paketləri sifariş edə biləcəklər. Yenilikdən yararlanmaq üçün abunəçinin 2525-ə müvafiq acar sözünu göndərməyi kifayətdir.

İnternetin həcmi

Açar sözü

Qiymət (ƏDV daxil)

50 MB

50x

0.80 AZN

500 MB

500x

2.40 AZN

1 GB

1000x

4 AZN

5 GB

5000x

8 AZN

10 GB

10000x

12 AZN

50 GB

50000x

24 AZN

Bununla yanaşı, “Hədsiz” tarif paketi istifadəçiləri təkrarlanan “Limitsiz” paketini mövcud olan qaydalara uyğun olaraq ala bilərlər.

Qeyd edək ki, “Hədsiz” tarif paketi çərçivəsində verilən internet balansı bitdikdə hər əlavə 1MB internetin həcminə 0.07 AZN (ƏDV daxil) tarifikasiya tədbiq ediləcək. Əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Təkrarlanmayan aylıq internet paketlərindən imtina etmək üçün abunə 2525-ə “STOPX” göndərməlidir. Abunəçilər hər faktura dövrü ərzində müəyyən edilmiş tarixlərdə tarif çərçivəsində verilən internet balansın cari balansını əks etdirən məlumat xarakterli SMS də alacaqlar.

Məlumat üçün bildirək ki, abunəçilər "Hədsiz" tarif paketinə qoşulmaq üçün Azercell Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilər. "Azercell" şəbəkəsində fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər.

Daha ətraflı məlumat üçün: news@mcs.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2467567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR