Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kompyuterlərin jestlərin və səsin köməyi ilə idarə edilməsi sürətlənəcək

Kompyuterlərin jestlərin və səsin köməyi ilə idarə edilməsi sürətlənəcək

Date: 9 December 2015 18:03


Bakı, 9 dekabr, AZƏRTAC
Bu yaxınlarda masaüstü fərdi kompyuter (FK) və noutbuklarda “3D” kameraların əlçatan olması və “Cortana” səsli köməkçisinə malik “Windows 10” əməliyyat sisteminin (ƏS) istifadəyə verilməsi ilə əlaqədar kompyuterlərin jestlərin və səsin köməyi ilə idarə edilməsi sürətlənəcək.
AZƏRTAC “dailycomm.ru” resursuna istinadən xəbər verir ki, “Gartner” tədqiqat şirkətinin ekspertlərinin proqnozuna görə, 2019-cu ilədək dünyada istifadə olunan kompyuterlərin 60 faizdən çoxu “Windows 10” əməliyyat sistemi ilə işləyəcək.
Şirkətin analitiki Lilian Teyin sözlərinə görə, “Windows 10” istifadəçilərinin ən azı 50 faizi kompyuterlərini jestlərin və ya səsin köməyi ilə idarə edir. Bu funksiya dünya kompyuter parkının 33 faizində tətbiq ediləcək.
 

Tags:  Kompyuterlərin jestlərin səsin köməyi idarə edilməsi sürətlənəcək


RƏYLƏR


Top news