"Sonsuz dəhliz" filmi "Eurochannel" kanalında nümayiş olunacaq (FOTO)

"Sonsuz dəhliz" filmi "Eurochannel" kanalında nümayiş olunacaq (FOTO)
18:18 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

11-12 dekabr tarixlərində “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində beynəlxalq “Eurochannel” televiziya kanalında Xocalı qətliamının qurbanlarına - müasir Avropa tarixinin ən qanlı hadisələrindən birinin şahidlərinə ithaf olunan və bir çox beynəıxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filmininin nümayişi keçiriləcək.

Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib.

Filmin nümayişi haqqında məlumat “Eurochannel”ın saytında yerləşdirilib.

Sayt məlumat verir ki, rejissorları Aleksandras Brokas və Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonsuz dəhliz” filmi litvalı jurnalist Riçard Lapaytisin onun müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Riçard Lapaytis deyir ki, Xocalı qırğını haqda xatirələr onu hələ də izləyir.

“Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insanı qərar verməsinin sübutudur” - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.

Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni bombardmanından qaçışlarını və öz əzizlərini təhlükəsiz hesab etdikləri “Sonsuz dəhliz”də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdir.

“Sonsuz dəhliz” filmi beynəlxalq kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Bu film bir çox mükafatlar alıb, o cümlədən “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülüb.

“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Filmin nümayişi “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyası və İsrailin “Channel 1” televiziya kanallarında da baş tutub.

Filmin rejissoru Aleksandras Brokasın “Eurochannel” kanalınaın saytında müsahibəsi də yer alıb:

- Siz bir litvalı olaraq niyə Azərbaycanda baş verən bir faciə ilə bağlı sənədli film çəkmək qərarına gəldiniz?

- Bir çox keçmiş sovet respublikalarının tarixi bir-birinə bənzəyir. Litva və digər Baltik ölkələri bu kimi faciələrin baş verməsinin cəmi bir addımlığında idilər. 1990-cı illərin əvvəllərində Sovet İttifaqı bizim ölkələri öz nəzarətində saxlamağın yeganə yolu olaraq müxtəlif etnik qruplar arasında münaqişələr yaratdı. Bu hadisələrin bir çoxu günümüzə qədər ehtiyatla gizlədilib. Onlar haqqında yalnız indi - 20 il müstəqillik dövründən sonra nəhayət ki, danışmaq imkanı yaranıb.

- Bir tərəfin qəhrəmanı sayılan şəxsi digər tərəf qatil hesab edir. Bu sənədli film heç bir tərəf saxlamadan obyektiv mesaj göndərməyə necə nail olub?

- Biz hadisə ilə bağlı heç bir mühakimə yürütmürdük. Layihədə yer alması üçün dünyanın 15-dən çox ölkəsindən beynəlxalq müharibə jurnalistlərini və film peşəkarlarını dəvət etdik. Həmçinin hər iki münaqişə tərəfinə 20 il ərzində ilk dəfə olaraq öz hekayələrini danışmaq imkanı yaradıldı. Bizim missiyamız faciəvi hadisə ilə bağlı faktların toplanması və tamaşaçılara öz təəssüratlarının yaranması üçün mümkün qədər çox imkan yaratmaqdan ibarət idi.

- Qurbanlarla müsahibə zamanı, onların hekayələrini dinləyərkən sizi ən çox nə təəccübləndirdi?

- Ümumiyyətlə, müharibə hekayələrinə qulaq asmaq həmişə ağır olur, çünki onlar kədərli olur. Fərqi yoxdur ki, siz münaqişənin hansı tərəfini dinləyirsiniz. Müharibədə qalib tərəf olmayıb. Hər bir münaqişə sonrakı nəsillərə zərbə vurur.

- Ceremi Ayronzun filmi səsləndirməsinə necə razılıq ala bildiniz? Layihənin konsepsiyası ona maraqlı gəldimi?

- Ceremi Ayronz demək olar ki, sənədli film yekunlaşdığı zaman layihədə yer almaq qərarına gəldi. İnanıram ki, onu “Sonsuz dəhliz” filmini səsləndirməyə insan taleyinin faciəvi hekayəsi ilhamlandırdı.

- Siz sənədli filmin beynəlxalq səviyyədə bu qədər uğurlu olacağını gözləyirdinizmi?

- Biz hələ layihənin başlanğıcında anladıq ki, bu çox həssas faciəvi hekayə beynəlxalq ictimaiyyət tərəfindən yalnız münaqişənin hər iki tərəfinin səsinin sənədli filmdə eşidiləcəyi zaman tanınacaq. Bu, bizim əsas məqsədlərimizdən biri idi. Elə təkcə bu il ərzində keçirilmiş beynəlxalq film festivallarında “Sonsuz dəhliz” filminin namizədliyi “Ən yaxşı sənədli film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı montaj”, “Ən yaxşı prodüsser” nominasiyalarında on dəfədən çox irəli sürülüb və indiyə qədər beş nüfuzlu mükafata layiq görülüb.

- Haqqında sənədli film çəkmək istədiyiniz başqa münaqişə və yaxud faciə varmı?

- Gələcək filmlərimdə mən daha çox sülh içində və vüqarla necə yaşamağın mümkünlüyü haqda danışmaq istəyirəm.

- Hazırda hansısa film layihələri üzərində çalışırsınızmı? Oxuculara onlar haqda nəsə demək istərdinizmi?

- Hazırda bir neçə layihə üzərində çalışırıq. Onlardan biri insan idrakı və onun gündəlik həyatda bizi əhatə edən reallığı nəzarətdə saxlamaq bacarığı haqdadır. Bu film heç nəyin təsadüfən baş vermədiyini qəbul edəndən sonra insan həyatının müsbətə doğru dəyişməsindən bəhs edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Los-Ancelesdə vertolyot küçədə sərt eniş edib, 4 nəfər yaralanıb

22 İyul 2017 09:05

Rusiyaya qarşı yeni sanksiyalar ola bilər

22 İyul 2017 09:05

Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır"

22 İyul 2017 09:03

Bakıda gənc oğlan damarlarını kəsib

22 İyul 2017 08:52

Sinayda 30 yaraqlını məhv edilib

22 İyul 2017 08:52

Paytaxtda piyada keçidinə məhəl qoymayan qadını maşın vurub

22 İyul 2017 08:47

Yasamalda 91 yaşlı kişi həyat yoldaşını döyüb

22 İyul 2017 08:42

Tramp İranı xəbərdar edib

22 İyul 2017 08:42

Bakıda ana gənc qızını bıçaqlayıb

22 İyul 2017 08:37

Ali məhkəmənin sədri ilk dəfə qadın olacaq

22 İyul 2017 08:33

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 08:32

Salyanda minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər ölüb

22 İyul 2017 08:32

Polşada kütləvi etiraz aksiyaları keçirilir

22 İyul 2017 08:32

İŞİD lideri Əl-Bağdadi sağdır

22 İyul 2017 08:27

Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdə davam etdirir

22 İyul 2017 08:22

Çexiyanın Azərbaycanla əməkdaşlıq niyyəti yeni layihələrdə - Səfirlə MÜSAHİBƏ

22 İyul 2017 08:22

Fələstinli 2 israillini öldürüb

22 İyul 2017 08:22

Lüks otellərə çevrilən 16 həbsxana - FOTOLAR

22 İyul 2017 08:18

KXDR nüvə dövlətləri klubunun astanasındadır

22 İyul 2017 08:12

Xəzərdə zəlzələ baş verib

22 İyul 2017 08:12

Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO

22 İyul 2017 08:12

Ağ Evin yeni mətbuat katibi məlum olub

22 İyul 2017 08:05

Cəlilabadda ev əşyaları ilə birgə yandı

22 İyul 2017 07:53

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 07:37

Şəhər kənarında maraqlı malikanə - FOTO

22 İyul 2017 07:32

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək

22 İyul 2017 07:32

"Brent" markalı neftin qiyməti düşdü

22 İyul 2017 07:23

Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib

22 İyul 2017 07:07

Ağ Evin yeni departament rəhbəri Trampdan üzr istədi

22 İyul 2017 07:04

Bakıda kişi özünü şadlıq sarayının qarşısında bıçaqlayıb

22 İyul 2017 06:52

Qətər əmiri böhranı şərh etdi - ilk dəfə

22 İyul 2017 06:39

Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır"

22 İyul 2017 06:37

Mədəndəki metal şəhər - FOTO

22 İyul 2017 06:32

Bakıda minik avtomobili yandı

22 İyul 2017 06:28

Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib

22 İyul 2017 05:57

Hər əşya lampa ola bilər - FOTO

22 İyul 2017 05:32

Polşada kütləvi etiraz aksiyası

22 İyul 2017 05:28

Los-Ancelesdə vertolyot küçədə sərt eniş edib, 4 nəfər yaralanıb

22 İyul 2017 05:02

Şəkillərdəki hisslər və emosiyalar - FOTO

22 İyul 2017 04:32

Facebooka görə ərindən boşandı

22 İyul 2017 04:14

"Brent" markalı neftin qiyməti təxminən 3% düşüb

22 İyul 2017 04:02

İordan çayının qərb sahilində insident:

22 İyul 2017 03:44

Çoxmərətəbli yaşayış evinin gözəlliyi - FOTO

22 İyul 2017 03:32

Gəncədə ana və övladını maşın vurdu

22 İyul 2017 03:19

Paytaxtda "Chery" yandı

22 İyul 2017 03:09

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTOLAR

22 İyul 2017 02:38

50 yaşlı kişinin üstünə qaynar su töküldü - Göygöldə

22 İyul 2017 02:34

Gənc fotoqrafın işləri - FOTO

22 İyul 2017 02:32

Məşhur müğənni dəfn edildi -

22 İyul 2017 02:29

Tramp amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə İranı xəbərdar edib

22 İyul 2017 02:17