Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyinin etirafı: Gərginlik son dərəcə artıb

Müdafiə Nazirliyinin etirafı: Gərginlik son dərəcə artıb

Date: 9 December 2015 18:33

Bakı. Trend:

"Bəli, son günlər cəbhə xəttində ciddi gərginlik müşahidə olunur, gərginlik hiss olunacaq dərəcədə artıb. Bu gərginliyi isə ermənilərin özləri yaradır".

Trend-in məlumatına görə, bunu Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlayıb.

Nazirliyin sözçüsü bildirib ki, cəbhə xəttində həm atəşkəsin pozulması halları, həm də minaatanlardan istifadə edilməsi halları çoxalıb: "Erməni tərəfinin onlarla itkiləri var, amma onları bir-bir üzə çıxarırlar. Bu gün bir nəfərin itkisi barədə məlumat yayıblar. Deyirlər ki, snayperlə vurulub. Amma hansı tərəfdə olduğu deyilmir. Biz isə onların itkilərini qeydə almırıq".

Lakin V.Dərgahlı müşahidə olunan gərginliyin səbəbini açıqlamaqda çətinlik çəkib: "Bunu nə iləsə əlaqələndirmək olmur. Çünki ermənilərin işi elə ancaq stabilliyi pozmaq, cəbhədə gərginlik yaratmaqdır. Bütün bunların kökü isə birbaşa onların hərbi-siyasi rəhbərliyinə, müdafiə naziri Seyran Ohanyana və prezident Serj Sarkisyana gedib çıxır. Bunun qarşısında ordumuzun gördüyü cavab tədbirlərinin nəticələrinə görə məsuliyyət də Ermənistanın cinayətkar rejiminin, hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Müdafiə Nazirliyinin etirafı Gərginlik son dərəcə artıb

RƏYLƏR


Top news