Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"011" divara girdi: 3 yaralı

"011" divara girdi: 3 yaralı

Date: 9 December 2015 18:42

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. "VAZ 21-011" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü və avtomobildə olan iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olduğu üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Sürücü və digər sərnişinə yerində tibbi yardım göstərilib. Qəzanın dəqiq səbəbləri məlum olmasa da, hadisə şahidlərinin dediyinə görə, sürücü sərxoş vəziyyətdə sükan arxasında olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  011 divara girdi yaralı

RƏYLƏR


Top news