Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin səfiri ilə görüşüb

18:43 9 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Ahmed Hamel Al Qubaisi ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfir olmağından məmnunluğunu ifadə edən diplomat ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR