Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmi konfransda bəstəkarın 95 illiyi qeyd olunacaq

Date: 9 December 2015 18:43


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Xalq Artisti, professor, bəstəkar Əşrəf Abbasovun 95 illiyinə həsr olunmuş elmi konfrans təşkil olunacaq.
Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildiriblər ki, konfransda bəstəkarın həyat və yaradıcılığına aid məruzələr dinləniləcək. Daha sonra Əşrəf Abbasovun musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndirliləcək.
Qeyd edək ki, Əşrəf Abbasov 1920-ci ildə Şuşada anadan olub. Sənətkar 1965-ci ildə Azərbaycanın ilk uşaq baleti olan “Qaraca qız”ı yazıb. O, fortepiano və orkestr üçün “Konsert” əsərinin, “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik” simfonik poemalarının, “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda” operettalarının, bir çox instrumental əsərlərin, xor, mahnı və romansların, həmçinin “Ü.Hacıbəyli və onun “Koroğlu” operası” və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir.

Tags:  Elmi konfransda bəstəkarın 95 illiyi qeyd olunacaq


RƏYLƏR


Top news