Bakı Metropoliteni "Qəbələ"nin tələbini geri çevirmədi

Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb.

"Qırmızı-qaralar"ın "Facebook" səhifəsinin məlumata görə, klub "Krasnodar"la oyundan sonra metronun iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə Metropolitenə müraciət ünvanlayıb.

"Qəbələ" İdman Klubu dekabrın 10-da saat 22:00-da başlanacaq qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq bu addımı atıb. Öz növbəsində Bakı Metropoliteni də müraciəti müsbət cavablandırıb. Klub isə buna görə Metropolitenə təşəkkür edib.

"Qəbələ" - "Krasnodar" oyunu "Bakcell Arena"da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR