"Xahiş edirik ki, bu körpünü düzəltsinlər"

"Xahiş edirik ki, bu körpünü düzəltsinlər"
18:47 9 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax rayonu ərazisindəki bəzi körpülər istismar müddətini başa vurduğundan yenilərinin tikintisinə ehtiyac var.

Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, belə körpülər, əsasən, 1950-ci illərdə su kollektorları üzərində salınanlardır. Məsələn, rayonun Səmədabad kəndi ilə Qaraməmmədli, Rüstəmli, Qaramanlı, Göyük və digər kəndlərini birləşdirən İncə çayın üzərindəki keçidin yerində təzəsinin inşası vacibdir. Körpülərin qəzalı vəziyyəti insanların daha qısa yolla gedib-gəlmək imkanlarını məhdudlaşdırır. İndi adlarını çəkdiyimiz kəndlərə getmək istəyənlər ya Yevlaxdan Bərdəyə aparan magistraldan, ya da rayonun Aran qəsəbəsindən keçməklə çata bilərlər. "Xahiş edirik ki, bu körpünü düzəltsinlər. Biz də rahat gedib-gələk", - deyə kənd sakini Zamiq Əliyev bildirib.

Yevlaxın Ərəbbəsrə kəndində Əlican çayı üzərindəki körpünün də durumu normal deyil. Ümumilikdə isə Yevlaxda yol qovşaqları və su kollektorları üzərində bir, iki, üç, dörd, beş tağlı olmaqla, 35 körpü var. Artıq onlardan qəzalı vəziyyətdə olanların siyahısı tərtib edilib. Bu barədə müvafiq aktlar hazırlanaraq Fövqəladə Hallar Nazirliyinə təqdim olunubş. "2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə komissiya təşkil olunub. Sənədlər Nazirlər Kabinetinə təqdim edilib. Onlar da, yəqin ki, dövlət proqramına uyğun olaraq, onların tikintisi planlaşdırılacaq" - deyə baş memar Xalid Əhmədov vurğulayıb.

Yaxın zamanlarda isə Mingəçevir-Aran-Bəhramtəpə avtomobil yolunda Yuxarı Qarabağ kanalı üzərində yeni körpünün inşasına start veriləcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR