Səfirliklər və xarici şirkətlər SOCAR-a başsağlığı veriblər

Səfirliklər və xarici şirkətlər SOCAR-a başsağlığı veriblər
18:47 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciə ilə əlaqədar bir neçə gündür SOCAR-a başsağlıığı teleqramları və məktublar gəlməkdədir.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Yunanıstanın Azərbaycandakı səfirliyi, Yaponiyanın JGC Qrupunun fəxri sədri Yoshihiro Shigenisa, İranın neft nazirinin müavini və İran Milli Neft Şirkətinin prezidenti Roknəddin Cavadi, Türkiye Petrolleri A.O. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müdiri Saliha Dündar, Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Selçuk Akat, Gürcüstandan “The Union of Oilproducts importers” şirkətinin sədri Vano Mtiralaşvili, E.on Global Commodities SE Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli, “PwC Azərbaycan” şirkətinin ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev, Rusiya Federasiyasının Tomsk vilayətində yaşayan həmvətənimiz, professor Eldar Dəhnəvi, SOCAR-ın Xarici Təqaüd proqramının iştirakçısı, hazırda Böyük Britaniyanın Dandi Universitetində “Enerji sənayesinin idarə edilməsi” ixtisası üzrə magist təhsili alan Toğrul Aslanov SOCAR-a başsağlığı teleqramları göndərərək, Azərbaycan xalqının kədərini bölüşdüklərini, xəsarət alanların tezliklə sağalmalarını arzuladıqlarını və hər cür yardım göstərməyə hazır olduqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-a-bassagligi-teleqramlari-gelmekde-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR