Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AST Telman məhkəməyə müraciət etdi

AST Telman məhkəməyə müraciət etdi

Date: 9 December 2015 18:52

Rusiya paytaxtındakı Çerkizov bazarının keçmiş sahibi və AST şirkətlər qrupunun yaradıcısı Telman İsmayılov özünün müflis olması barədə Moskva vilayətinin arbitraj məhkəməsinə ərizə ilə müraciət edib.

Milli.Az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, məhkəmə Telman İsmayılovun ərizəsinə öz sərvəti ilə bağlı sənədləri əlavə etmədiyinə görə bu məsələnin araşdırılmasını müvəqqəti olaraq təxirə salıb.

Verilən məlumata görə, Telman İsmayılov məhkəmənin bu barədə iradlarını yerinə yetirdikdən sonra məhkəmə prosesinin 21 dekabr tarixinə təyin olunması ilə bağlı qərar qəbul edilib.

Milli.Az


Tags:  AST Telman məhkəməyə müraciət etdi


RƏYLƏR


Top news