Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oleq Kononov: "Qəbələ" ilə oyun bizə birinci yeri tutmaq şansı verəcək"

Oleq Kononov: "Qəbələ" ilə oyun bizə birinci yeri tutmaq şansı verəcək"

Date: 9 December 2015 19:02

Bakı. 9 dekabr. REPORT.AZ/ "Qəbələ" ilə oyuna əsas heyətlə çıxacağıq. Sadəcə, Dmitriy Torbinskiy, Ari və Vladimir Bıstrov zədəli olduqları üçün oynamayacaqlar". "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qəbələ" ilə keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov deyib.
"Bıstrov və Torbinskiy məşqdə zədələnib. Ari isə sonuncu oyunda zədə aldı. Vandersonun çıxışı isə onun əsas heyətdə olacağını deməyə əsas verir. Düşünürük ki, Vanderson bizə kömək edə biləcək", - O.Kononov bildirib.
O, Bakıda keçiriləcək oyun haqda bunları bildirib: "Bu qarşılaşma bizə birinci yer tutmaq şansı verəcək. Bu da növbəti turda bizə kömək edəcək. Üstəlik, ili yaxşı nəticə ilə yekunlaşdırmaq imkanımız var. Növbəti mərhələni təmin etməyimizə baxmayaraq, "Qəbələ" ilə oyuna çox yaxşı hazırlaşmışıq. İlk oyundan sonra demişdim ki, rəqib çox yaxşı təşkilatlanıb. Hətta Rusiyada "Qəbələ"ni maraqlı komanda olaraq qəbul ediblər. PAOK-la və ölkə çempionatındakı sonuncu oyunu izləmişəm. Bizi çox çətin oyun gözləyir".
Baş məşqçi arxa xəttə diqqət etməyin lazım olduğunu bildirib: "Bir neçə oyunlarda qol buraxmadıq. "Spartak"la oyunda da şanslarımız vardı. "Kuban"la oyunda da maraqlı oldu. Müdafiə seçimimiz çox deyil. Bu səbəbdən daha çox hücum oyunu haqda fikirləşirik. Sadəcə onu deyə bilərəm ki, arxa xətdə daha inamlı çıxış etmək lazımdır. Almaniya "Borussiya"sı ilə oyun "Krasnodar" tarixində ən yaxşı oyunlardan biri deyildi. "Real Sosyedad" və "Everton"la ötən il yaxşı oyun oynamışdıq. Dortmund klubu isə avrokubok tariximizdə ən güclü komanda idi".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyunu saat 22:00-da başlayacaq.

Tags:  Oleq Kononov Qəbələ oyun bizə birinci yeri tutmaq şansı verəcək

RƏYLƏR


Top news