Bilik Fondu Beynəlxalq Şagird Konfransı keçirir

Bilik Fondu Beynəlxalq Şagird Konfransı keçirir
19:03 9 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits - 200” mövzusunda Beynəlxalq Şagird Konfransı keçirir.

Fonddan Trend-ə verilən məlumata görə, konfransın açılış mərasimi dekabrın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olacaq. Açılış mərasimindən öncə iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Məktəblilərin rəsm sərgisinin nümayişindən sonra başlayan konfrans iki bölmədə işini davam etdirəcək. Şagirdlər “Kitabi-Dədə Qorqud” dastanı haqqında məruzələr söyləyəcək, müzakirələr aparacaqlar. Bədii hissədə konfrans iştirakçıları Dövlət Uşaq Filarmoniyasının və Bakı məktəblilərinin hazırladıqları kompozisiyaları izləyəcəklər. Növbəti gün şagirdlər şəhər gəzintisinə çıxacaqlar.

Beynəlxalq Şagird Konfransda Azərbaycanın bütün bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə və Ağdaşdan olan məktəblilər iştirak edirlər. Həmçinin xarici ölkələrdən - Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunur.

Qeyd edək ki, ölkə başçısı 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu sərəncama uyğun olaraq, il ərzində silsilə tədbirlər həyata keçirir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR