Həlak olan Azərbaycan neftçilərinin xatirəsi Gürcüstanda anılıb (FOTO)

Həlak olan Azərbaycan neftçilərinin xatirəsi Gürcüstanda anılıb (FOTO)
19:03 9 Dekabr 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gürcüstanda yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr Xəzər dənizində baş vermiş faciədə həlak olan neftçilərin xatirəsini anıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisi qarşısına toplaşan gənclər “Günəşli” yatağının 10-cu platformasında yaşanan faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva dekabrın 4-də baş verən faciə ilə bağlı Gürcüstandakı soydaşlarımız adından həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, xəsarət alan neftçilərə isə şəfa arzulayıb. Əllərində Azərbaycan bayrağı, "Başın sağ olsun, Azərbaycan!", “Azərbaycan üçün dua et!” şüarları tutan tələbələr SOCAR-ın binası önünə qərənfillər düzüblər.

Qeyd edək ki, Azərbaycandakı matəm günündə Gürcüstan ərazisində fəaliyyət göstərən SOCAR-ın bütün yanacaqdoldurma və qazpaylama məntəqələrində Azərbaycan bayrağı yarıya qədər endirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR