Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukrayna 3 milyard dollarlıq borcu qaytarmasa...

Ukrayna 3 milyard dollarlıq borcu qaytarmasa...

Date: 9 December 2015 19:27

Ukrayna Rusiyaya 3 milyard dollarlıq borcu qaytarmasa, Moskva məhkəməyə müraciət edəcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinə müvafiq göstəriş verib.

"Dörd il ərzində riskləri bölüşmək üçün bu prosesdə iştirak etmək də olardı. Mənim üçün anlaşılan deyil. Yaxşı, onda məhkəməyə verin", - deyə Putin hökumət üzvləri ilə görüşdə Rusiya maliyyə naziri Anton Siluanovun hesabatını dinlədikdən sonra bildirib.

Qeyd edək ki, Ukrayna avrobondları üzrə ödənişlərin son tarixi 2015-ci ilin dekabr ayıdır. Bir müddət öncə Rusiya borcun restrukturizasiyasına razılıq verib. Belə ki, Moskva ABŞ ya Avropa İttifaqının təminatı ilə Ukraynanın 2016-2018-ci illər ərzində hər il 1 milyard dollar ödəməsini təklif etsə də, Vaşinqtonla Brüssel buna razı olmayıb. 

Milli.Az


Tags:  Ukrayna milyard dollarlıq borcu qaytarmasa

RƏYLƏR


Top news