Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başladı

Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başladı
19:28 9 Dekabr 2015
109 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin qiymət informasiya portalı www.azagro.net 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası olaraq tam fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, avqust ayından etibarən test rejimində fəaliyyət göstərən məlumat bazası dekabrın 1-dən Bakı şəhəri ilə yanaşı, regionlarda da fəaliyyət göstərən 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir. Məlumat bazasına nazirliyin internet səhifəsi vasitəsilə də daxil olmaq olar.

Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR