Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Layihələri İdarəetmə Məktəbinin məzunlarına beynəlxalq sertifikatlar təqdim olunub

Layihələri İdarəetmə Məktəbinin məzunlarına beynəlxalq sertifikatlar təqdim olunub

Date: 9 December 2015 19:33


Bakı, 9 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Dekabrın 9-da bp-nin təşkilatçılığı ilə Xəzər Universitetinin nəzdində yaradılmış Layihələri İdarəetmə Məktəbinin (LİM) məzunlarına beynəlxalq sertifikatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional vitse-prezidenti Pət Drohan Layihələri İdarəetmə Məktəbini uğurla başa vurmuş 87 məzunu təbrik edərək, bu məktəbin artıq beynəlxalq mütəxəssislərin çalışdığı yerli potensialın yaradılması üzrə davamlı tədris ocağına çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, layihə Xəzər Universiteti ilə əməkdaşlıq şəraitində olmaqla, “ESİ İnternasional” şirkəti tərəfindən həyata keçirilir.
P.Drohan diqqətə çatdırıb ki, məktəb 2011-ci ildə bp və onun tərəfdaşları tərəfindən təsis edilib. Ötən 4 il ərzində müxtəlif peşələri və sahələri təmsil edən 100-dən artıq təşkilat bu proqram vasitəsilə layihə idarəetmə bacarıqlarını inkişaf etdirib. İndiyədək isə tədris müəssisəsi Azərbaycan üçün 300–dən artıq beynəlxalq sertifikatlı layihə menecerləri üçün təlim keçib.
Sonda məktəbi müvəffəqiyyətlə başa vurmuş məzunlara Corc Vaşinqton Universitetinin “Layihələrin İdarəedilməsi üzrə magistr” və Layihələri İdarəetmə İnstitutu tərəfindən verilən “Layihələrin İdarəedilməsi üzrə İxtisaslaşmış Mütəxəssis” sertifikatı təqdim edilib.



Tags:  Layihələri İdarəetmə Məktəbinin məzunlarına beynəlxalq sertifikatlar təqdim olunub


RƏYLƏR


Top news