Prezident Çində avtomobil zavodu ilə tanış olub

Prezident Çində avtomobil zavodu ilə tanış olub
19:34 9 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Çinin Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısına məlumat verilib ki, bu müəssisə Çində avtobus, ağır tonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə Sian şəhərində yaradılmış zavodun hazırda 23 min işçisi var.

 

İstehsal prosesinə baxan prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, müəssisənin buraxdığı yük maşınları “SACHMAN”, avtobusları isə “Eurostar Bus” brendləri altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır. Şirkətin xaricdə 41 ofisi və 310 servis mərkəzi fəaliyyət göstərir. “SACHMAN” yük avtomobilləri Almaniyanın “MAN” şirkəti ilə birgə əməkdaşlıq sayəsində istehsal edilir.

 

Şaansi avtomobil zavodunun daxil olduğu “Shaanxi Automobile Group Co. Ltd” ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi əyalətində yerləşir. Şirkət avtobus və yük maşınları ilə yanaşı, digər yük avtomobil istehsalçıları üçün də ehtiyat hissələri buraxır. Çinin avtomobil sənayesində xüsusi payı olan bu şirkət ötən müddətdə 600 mindən çox müxtəlif təyinatlı avtomobil istehsal edib.

 

Şirkətin Sian şəhərindəki texnoparkında yük avtomobilləri, avtomobil şassisi və mühərrik zavodları, texniki, satış mərkəzləri fəaliyyət göstərir. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti siyahısındadır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR