"Növbəti mövsümü gözləmək lazım gələcək"

"Növbəti mövsümü gözləmək lazım gələcək"
19:42 9 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" Çempionlar Liqasında qrup mərhələsini adlaya bilməyib.

"Qırmızı şeytanlar" səfərdə "Volfsburq"a uduzmaqla mübarizəni Avroliqada davam etdirməli olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Lui van Qaal artıq diqqəti daxili turnirlərə yönəldəcəklərini bildirib.

"Mübarizədən kənarda qaldıq. Özümü müdafiə edə bilmərəm. Nə desəm də, düzgün söz olmayacaq. Faktalara baxanda görərik ki, İngiltərə kubokunda növbəti raunda çıxmışıq, Çempionlar Liqası qrup mərhələsində oynadıq və Premyer Liqada yaxşı yerdə gedirik. Faktlar ötən mövsümdən daha yaxşı çıxış etdiyimizi göstərir. Cavabım budur. Yalnız faktları təqdim edə bilərəm..

Oyunçulara dedim: "Artıq öz bacarığınızı Çempionlar Liqasında nümayiş etdirə bilməyəcəksiz. Bu, yüksək pillədir. Növbəti mövsümü gözləmək lazım gələcək. Məyusam. Amma Premyer Liqa və İngiltərə kubokunda mübarizəni davam etdiririk. Şvaynştaygeri boş yerə əvəzləmirəm. Hamımız insanıq. Amma bu gün "Bavariya"da oynayan həmin Şvaynştaygeri meydanda görmədim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR