Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​BMT: 19 ayda Ukraynanın şərqində 9 098 nəfər həyatını itirib

​BMT: 19 ayda Ukraynanın şərqində 9 098 nəfər həyatını itirib

Date: 9 December 2015 19:42

Bakı. 9 dekabr. REPORT.AZ/ Ukraynanın şərqində hərbi əməliyyatlar başlayandan silahlı qarşıdurma nəticəsində 9 098 ukraynalı hərbçi, dinc sakin və Rusiyayönlü silahlı qruplaşmanın üzvləri həyatını itirib.
"Report" UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT-nin məruzəsində bildirilib.
Məlumata görə, 2014-cü ilin aprelindən ölkənin bu bölgəsində hərbi əməliyyatlar başlayandan silahlı qarşıdurma nəticəsində azı 9 098 nəfər həyatını itirib, 20 732 nəfər isə yaralanıb.
Məruzədə bildirilib ki, dinc əhali əsasən partlayıcı qurğuların partladılması nəticəsində həyatını itirib. Xəbərə əsasən, bura minanların və əldədüzəltmə partlayıcı qurğuların partladılması daxildir. 

Tags:  BMT 19 ayda Ukraynanın şərqində 098 nəfər həyatını itirib

RƏYLƏR


Top news