Din pərdəsi altında pozuculuq fəaliyyəti yolverilməzdir

Din pərdəsi altında pozuculuq fəaliyyəti yolverilməzdir
19:43 9 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Şəmkir, 9 dekabr, Sabir Əliyev, AZƏRTAC
Şəmkirdə “İslam və din” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda çıxış edənlər radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu vurğulayıblar. Qeyd edilib ki, bir çox hallarda İslamı dini radikalizmlə əlaqələndirməyə və dünyaya mənfi yöndən təqdim etməyə çalışsalar da, İslam dini özünün mütərəqqi əxlaqi dəyərləri ilə tanınır. Müxtəlif dinlərə məxsus xalqların yüzilliklər ərzində dinc və mehriban şəraitdə yaşadığı respublikamızda bütün bölgələrdə olduğu kimi, Şəmkirdə də hər bir vətəndaşın konstitusion hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam təmin olunub. Azərbaycanda bütün dinlərə və millətlərə dünyanın bir çox ölkələri üçün nümunə olacaq səviyyədə tolerant münasibət mövcuddur.
Konfransda Bakının Nardaran qəsəbəsində baş verənlərin dinlə heç bir bağlılığının olmadığını qeyd edən natiqlər deyiblər ki, din pərdəsi altında pozuculuq fəaliyyəti yolverilməzdir. Ekstremist hərəkətləri İslam dini ilə əlaqələndirmək cəhdlərinin heç bir əsası yoxdur və bu cür halların qarşısı qətiyyətlə alınmalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Din_perdesi_altinda_pozuculuq_fealiyyeti_yolverilmezdir-909814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR