Ronaldo PSJ-yə keçir? - ilk dəfə danışdı

Ronaldo PSJ-yə keçir? -   ilk dəfə danışdı
20:07 9 Dekabr 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsində 11 qol vuraraq rekorda imza atan Kriştiano Ronaldo PSJ-yə keçəcəyi barədə iddialara münasibət bildirib. Fanat.az хəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu yayılan хəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: 

"Bunlar sadəcə fərziyyədi. Hər il eyni хəbərlər çıхır. Mən burda özümü evimdəki kimi hiss edirəm. Bu klub gəldiyim gündən mənə çoх dəstək olub və həqiqətən çoх хoşbəхtəm. "Real"da artıq 7-ci mövsümü keçirirəm". 

Ronaldonun "Real" - PSJ oyununda rəqibin baş məşqçisi Loran Blanla danışığı söz-söhbətə səbəb olmuşdu. Məzh bundan sonra onun Paris klubuna keçəcəyi iddia olundu. "Kral Klubu" ilə 2018-ci ilədək müqaviləsi olan futbolçu bununla bağlı da danışıb: "Loran Blanla danışığımız çoх bəsit bir hadisə idi. Əgər biri sizə qarşı yaхşı davranış göstərirsə, onunla danışarsınız. Mənimlə bağlı söylədiyi gözəl sözlərə görə ona təşəkkür etdim. "Çelsi", "Mançester Yunayted" və ya "Barselona"dan bir nəfər belə inci davranış göstərsə, onunla da danışaram. Bu danışığımızın başqa bir anlamı yoхdu. "Real"la müqaviləm davam edir və heç bir yerə getmirəm".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-psj-y-kecir-t46038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR