Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlk dəfə şahzadə Diananın tacını taxdı - fotolar

İlk dəfə şahzadə Diananın tacını taxdı - fotolar

Date: 9 December 2015 20:11

İngilis kral ailəsinin sevimli üzvü olan Kembric hersoginyası Keyt Midlton növbəti dəfə atdığı addımla Britaniya əhalisinin etimadını qazanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə Uilyamın xanımı mərhum qayınanası Diananın tacını taxıb. Daha əvvəl üç dəfə kral ailəsinə məxsus tacla ictimaiyyət arasına çıxan Keyt şahzadə Diananın tacını ilk dəfə başına qoyub.

33 yaşlı, iki uşaq anası olan K.Midlton sevimli dizayneri Aleksandr MakQuinin hazırladığı tül gecə libası geyinib. Lakin diqqətlə baxanlar Keytin bu libası ilk dəfə geyinmədiyinin şahidi olublar. K.Midlton 2013-cü ildə də məclislərin birinə eyni libası geyinmiş və eyni sırğaları taxmışdı.

Qeyd edək ki, bu tacı şahzadə Dianaya kraliça II Yelizavetta toy hədiyyəsi olaraq bağışlayıb. Diana almaz və mirvarilərdən ibarət həmin tacı dəfələrlə məclislərə taxıb.






Tags:  İlk dəfə şahzadə Diananın tacını taxdı fotolar

RƏYLƏR


Top news