"Büdrəsək də, yıxılmarıq"

"Büdrəsək də, yıxılmarıq"
20:17 9 Dekabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə çempionu "Qalatasaray" Çempionlar Liqasında mübarizəni qrup mərhələsində dayandırıb. "Cim bom" səfərdə olduğu kimi İstnabulda da "Astana"nın müqavimətini (1:1) qıra bilməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sarı qırmızılar"ın baş məşqçisi Mustafa Denizli matçdan sonra maraqlı açıqlamalarla yadda qalıb.

"Çətin bir gecə olacağını bilirdik. Qalib gəlməli olsaydıq, gedişat fərqli ola bilərdi. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Amma əsas hədəfimiz Avrokuboklarda mübarizəni davam etdirmək idi. Azarkeşlərin istefa şüarları yeni bir şey deyil. Bizim gücümüz var. Büdrəsək də, yıxılmarıq. Qazax futbolu Avropaya çıxış axtarır. Bu, təsadüfi deyil.

Türk futbolunda bunu "Qalatasaray" etmişdi. Həyatımın ən çətin 90 dəqiqəsi idi. Komandanı ağaca bənzədirəm. Ağacımız qüvvətlidir, amma budaqları quruyub. Bu budaqları xilas etməsək, budamaq lazım gələcək. Bu azarkeşlər Türkiyəyə qələbə mahnıları hədiyyə etdi. Stadionda yenə bunlar səslənməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR