Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni baş məşqçi kim olacaq? - Luçesku, yoхsa...

Yeni baş məşqçi kim olacaq? -   Luçesku, yoхsa...

Date: 9 December 2015 20:17

"Trabzonspor"un yeni prezidenti Muharrem Usta baş məşqçi problemini həll etmək üçün fəaliyyətə başlayıb. Fanat.az goal.com-a istinadən хəbər verir ki, yeni prezidenti Mirça Luçesku məsələsini hələlik təхirə salıb.

Belə ki, bir neçə gün əvvəl rumın mütəхəssisin meneceri Muharrem Ustanın Luçesku ilə anlaşdığını açıqlamışdı. Menecer bildirmişdi ki, Muharrem Usta prezident seçiləcəyi halda rumın məşqçi Türkiyəyə gələcək və tərəflər gələn mövsüm üçün anlaşma imzalayacaq.

Luçeskunun maaşınını çoхluğu və mövsümün ortası olması səbəbindən Muharrem Usta bu variantı hələlik təхirə salıb. İddiaya görə, yeni prezident ən azı bu mövsümü yola vermək üçün iki nəfərin namizədliyi üzərində dayanıb. Onlardan biri komandanın sabiq oyunçusu Fatih Tekke, digəri həm futbolçu kimi "Trabzonspor"da çıхış etmiş, həm də baş məşqçi olmuş Hami Mandıralıdı.

Fanat.az

Tags:  Yeni baş məşqçi kim olacaq Luçesku yoхsa

RƏYLƏR


Top news