Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azneft": İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək

Date: 9 December 2015 20:32

"Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib. 
O qeyd edib ki, axtarışla başlı FHN-nin hər gün 4 helikopetri, Sərhəd Qoşunlarının helikopetrləri və SOCAR-ın gəmiləri bu işlərə cəlb olunub. Onun sözlərinə görə, ehtimal olunan bütün istiqamətlərdə axtarışlar aparılır" İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək. Hazırda "Günəşli" yatağında 10 saylı dərin dəniz özülündə baş verən yanğının söndürülməsi istiqamətində 5 yanğınsöndürən gəmi çalışır. "Yanan quyuları ram edərək 4 qaz quyusunun söndürülməsi ilə məşğuluq. Hazırda yanğınsöndürən gəmilər oradadır. Texniki tədbirlər aparılır ki, ilk növbədə özülü su ilə təmin edək". 

Tags:  Azneft İtkin düşmüş hər neftçi tapılana axtarışlar davam edəcək

RƏYLƏR


Top news