Azərbaycan ilə Meksika arasında iqtisadi əlaqələrin inkişafına dair müzakirələr aparılıb

Azərbaycan ilə Meksika arasında iqtisadi əlaqələrin inkişafına dair müzakirələr aparılıb
20:33 9 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC 
Dekabrın 9-da Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Azərbaycanın maliyyə naziri Samir Şərifov ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçirilib. Həmçinin hər iki ölkə iqtisadiyyatının hazırkı durumu və perspektivləri barədə müzakirələr aparılıb.
R.Labardini səfirliyin iki ölkə arasında əlaqələrin gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Nazir S.Şərifov rəhbərlik etdiyi qurumun fəaliyyəti və milli iqtisadiyyatın əsas aspektlərindən söhbət açıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Meksika_arasinda_iqtisadi_elaqelerin_inkisafina_dair_muzakireler_aparilib-909830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR