Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Özümə sualım yoxdu" - Roman Qriqorçuk

"Özümə sualım yoxdu" -   Roman Qriqorçuk

Date: 9 December 2015 20:42

"Sabahkı oyun "Krasnodar" üçün daha vacibdi. Çünki qrupu lider kimi tamamlaya bilərlər. Bizim üçün də vacib oyundu. Oyun öncəsi komandaların şansı bərabər olur. Bacardığımız qədər qələbə qazanmağa çalışacağıq. Fikrimizi rəqibi düzgün analiz etməyə yönəltmişik. Əsas odu ki, meydana düzgün heyəti buraxaq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.


Sabah Avropa Liqasında son oyununu "Krasnodar"a qarşı keçirəcək "Qəbələ"nin çalışıdırıcısı bu gün jurnalistlərin önünə çıxıb. Ukraynalı mütəxəssis matçla bağlı fikirlərini bildirib: "Qrup mərhələsi çərçivəsində ilk qələbəmizi qazanmaq şansından istifadə etmək istəyirik. Təcrübəmiz oyundan-oyuna daha da artır. "Krasnodar" yüksək səviyyəli komandadı. Buna baxmayaraq, biz yaxşı futbol sərgiləmək və qələbə qazanmaq istəyirik. Etiraf edim ki, bu oyun öncəsi məni narahat edən heç nə yoxdu. Komandamla fəxr edirəm. Gücümüzə inanıram".


Qriqorçuk hakim ədalətsizliyi ilə üzləşməyəcəklərinə ümid edir: "Bizim böyük istəyimiz, kifayət qədər bacarıqlı oyunçularımız var. Üstəlik, ümid edirik ki, Krasnodardakı kimi hakim haqsızlığı olmayacaq".


Heyətlə bağlı fikirlərini də açıqlayan mütəxəssis azarkeşlərə təşəkkür edib: “Məşqçilər heyəti ilə birlikdə çalışırıq ki, son turun matçında meydana düzgün taktiki sxemlə çıxaq. Bu qarşılaşmada da kim hazır olacaqsa, o da meydançaya çıxacaq. Çünki bizim heyətlə bağlı yanaşmamız dəyişmir. Məğlub olduğumuz bütün qarşılaşmalara görə təəssüflənirəm. Bu oyunlar arasında uduzmağa layiq olmadığımız matçlar da var idi. Futbolda da nəticəni tablo göstərir, bunu da qəbul etməliyik. Qrup mərhələsindəki son görüşümüzə nə qədər azarkeş gələcəyi haqda danışa bilmərəm. Mən onlara təşəkkür edirəm. Çünki bizə çox dəstək olublar. Biz də onlar üçün meydançaya çıxacağıq. Komandamız cari mövsümdə sıx qrafikdə oynayır. Bununla razılaşmalı, çıxıb oynamalıyıq. Bu görüşdə çox yaxşı oynamaq istəyirik. Əgər belə olsa, qələbə qazana bilərik. Yunanıstan PAOK-u ilə son matçı da pis keçirmədik. Amma qalib gələ bilmədik. Mən sabah yaxşı futbol gözləyirəm”.


Ukraynalı mütəxəssis "Oyunla bağlı özünüzə hansı sualı verərdiniz" sualına belə cavab verib: "Özümə sualım yoxdu. Mən öz işimlə məşğul oluram. Məşqçilər heyəti ilə çalışırıq sabah meydana düzgün taktiki düzülüşlə çıxaq".


Fanat.az


Tags:  Özümə sualım yoxdu Roman Qriqorçuk


RƏYLƏR


Top news