Bakıda seminar keçirildi - FOTO

Bakıda seminar keçirildi - FOTO
20:52 9 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

PR Akademiya xaricdən təlimçi gətirdi "Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company"nin "Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı" ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası" Türkiyədən təlimçi dəvət edərək, ödənişsiz seminar keçirdi. 9 dekabrda Xəzər Universitetinin "Mərmər" zalında baş tutan PR seminarının qonağı Beykent Universitetinin prorektoru, professor doktor Ebru Ural oldu.

Gözləniləndən daha artıq tələbənin iştirak etdiyi seminarı "PR akademiya"nın rəhbəri Nuranə Ağazadə "Günəşli" neft yatağında baş vermiş qəza qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan etdi. Artıq ölkənin ilk peşəkar PR Akademiyasının nəznində yaradılan "PR-çı gənclər klubu"nun istifadəyə verildiyini elan etdikdən sonra isə o, yaradılan şərait üçün Akademi Group şirkətlər qrupunun rəhbəri Murad Ağalarova təşəkkür etdi. Seminarda gənclərə PR menecmentin sirlərindən, sosial layihələrin PR-nın təşkilindən danışan Professor Ebru Ural da, sözə bütün seminar iştirakçılarına baş sağlığı verərək başladı. Azərbaycan gəncliyinin hər zaman öndə olduğunu qeyd edən professor bildirdi ki, ölkənin ilk yaradılan və təmənnasız şəkildə fəaliyyət göstərən PR Akademiya layihəsini alqışlayır və bu akademiyanın tələbələrinə dəstək olmağa hər zaman hazırdır.
 
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR