"Günəşli"dəki yanğını 5 gəmi söndürür

"Günəşli"dəki yanğını 5 gəmi söndürür
21:22 9 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda "Günəşli" yatağında baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürmə gəmisi cəlb olunub.

Trend-in məlumatına görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov bu gün yanğınla bağlı keçirilən brifinqdə deyib.

O, qeyd edib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, yanğının söndürülməsi işləri davam etdirilir.

D.İsgəndərov bildirib ki, 4 yanan qaz quyusu var: "İlk növbədə, yanğın baş verən 10-cu özülü su ilə təchiz etməyə çalışırıq ki, yanğının söndürülməsi üçün bu su mənbəyindən istifadə edək".

O, əlavə edib ki, itkin düşmüş neftçilərin axtarışları da davam etdirilir: "Çalışırıq ki, itkin düşmüş neftçilərin hamısını tapıb ailələrinə təhvil verək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR