Prezident İlham Əliyevin ünvanına başsağlığı məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına başsağlığı məktubları gəlməkdə davam edir
21:23 9 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Dost Azərbaycanın Xəzər dənizindəki neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Zati-aliləri, bu faciə ilə bağlı Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Allahdan həlak olanlara rəhmət, dost Azərbaycan xalqına isə əmin-amanlıq diləyirəm".

X X X

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevdən: "Günəşli" yatağında yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Bu kədərli hadisə ilə əlaqədar Qazaxıstan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm".

X X X

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan: "Xəzər dənizindəki platformada baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumu bildirir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

X X X

Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tanidən: "Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada baş vermiş yanğın nəticəsində insanların həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına, Zati-alinizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Qadir Allah həlak olanların ruhlarını şad etsin, onların ailələrinə səbir versin".

X X X

Macarıstanın Baş naziri Viktor Orbandan: "“Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, biz həlak olanların ailələrinin kədərini bölüşür, xəsarət alanlara şəfa diləyirik".

X X X

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycridən: "Xəzər dənizindəki neft platformasında baş vermiş qəza nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Ulu Tanrıdan xəsarət alanların tezliklə sağalmasını, ölkənizi qorumasını, müdrik rəhbərliyiniz ilə xalqınızın və Azərbaycanın tərəqqisi, çiçəklənməsi yolunda Sizə yardım etməsini diləyirəm.

Zati-aliləri cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tanidən: "Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada yanğın nəticəsində həyatını itirən insanlarla əlaqədar Zati-alinizin şəxsində bütün Azərbaycan xalqına, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu kədərli günlərdə səbir və dözüm diləyirəm.

Qəza zamanı xəsarət alanlar mərhəmətli Allahın izni ilə tezliklə şəfa taparlar. Ulu Tanrı Sizi və Azərbaycan xalqını xəta-bəladan qorusun".

X X X

Qətər Dövlətinin Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən: "Azərbaycanın bir qrup dəniz neftçisinə üz vermiş faciəli hadisə barədə xəbər məni dərindən kədərləndirdi.

Bu qəza nəticəsində həlak olanlar ilə əlaqədar Zati-alinizə, həyatlarını itirən insanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Həlak olan insanlara Allahdan rəhmət diləyir, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR