"Qarabağ" Avropa Liqası ilə vidalaşdı (Video icmal)

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

J qrupunda mübarizə aparan təmsilçimiz "Qarabağ" 6-cı tur çərçivəsində "Anderlext"in qonağı olub. Oyun Ağdam klubu üçün böyük əhəmiyyət kəsb edirdi. Əgər "Monako" "Tottenhem"lə görüşdə xal itirsə, "Qarabağ" "Anderlext"i məğlub edəcəyi təqdirdə mərhələ adlayacaqdı.

"Tottenhem" "Monako"nu məğlub etsə də, "Qarabağ" çətin tapşırığın öhdəsindən gələ bilməyib. Oyunda hesabı "köhlən atlar" açıb. Dani Kintana fərqlənib. Ancaq qoldan cəmi bir dəqiqə sonra Najar hesabı bərabərləşdirib. Çox keçməmiş Okaka "Anderlext"in qələbə qoluna imza atıb. Qrup mərhələsini 4 xalla başa vuran "Qarabağ" cari mövsümdə UEFA Avropa Liqasındakı çıxışını dayandırıb.

UEFA Avropa Liqası

Qrup mərhələsi, 6-cı tur

10 dekabr

"Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan)

Qollar: Najar, 27, Okaka, 31 - Kintana, 26

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Köməkçilər hakimlər: Boyan Ul, Tomas Klançnik (hər ikisi Sloveniya)
Əlavə köməkçi hakimlər: Roberto Ponis, Draqoslav Periç (hər ikisi Sloveniya)
Dördüncü hakim: Andraz Kovaçiç (Sloveniya)

Hakim-inspektor: İqor İşenko (Ukrayna)

UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya)

Brüssel. Konstant Vanden Stok stadionu

“Anderlext”: 1. Silvio Proto, 3. Olivie Deşaxt, 21. Fabris Nsakala, 4. Mboci Kara, 7. Endi Najar, 10. Denis Praet, 30. Culiam Jile, 31. Yuri Tilemans, 9. Matias Suares, 93. İmo Ezekiel, 99. Stefano Okaka

Ehtiyat oyunçular: 33. Ruf, 14. Naytinq, 24. Haylen, 17. Konte, 26. Silla, 38. Kavaya, 46. Lukebakio

Baş məşqçi: Besnik Hasi

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 70. Çumbinyo, 90. Samuel Armenteros

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 8. Miçel, 11. Elvin Məmmədov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 29. Raydel Pupon

Baş məşqçi: Qurban Qurbanov

"Anderlext" - "Qarabağ" oyununu canlı izləyə bilməyənlər üçün matçın video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR