"Qəbələ" "Krasnodar"la bacarmadı (Video icmal)

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulur.

C qrupunda mübarizə aparan təmsilçimiz "Qəbələ" sonuncu turda "Krasnodar"ı qəbul edib. "Qırmızı-qaralar" pley-off şanslarını itirdiyindən, görüş komanda üçün bir əhəmiyyət kəsb etmirdi.

25-ci dəqiqədə qonaqlar Siqurdsonun vurduğu qol sayəsində hesabı açıb. Birinci hissənin sonuna kimi Pereyra fərqi artırıb. İkinci hissədə Vanderson matça nöqtə qoyub. Beləliklə, "Krasnodar"a 0:3 hesabı ilə məğlub olan "Qəbələ" cari mövsümdə UEFA Avropa Liqasında çıxışını dayandırıb.

UEFA Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
VI tur, 10 dekabr
C qrupu
“Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya) - 0:3

Qollar: Siqurdson, 25, Pereyra, 41, Vanderson, 75
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Baş hakimin köməkçiləri: Mikloş İştvan Naqi, Vasile Florin Marinesku (hər ikisi Rumıniya)
Əlavə köməkçi hakimlər: Kristian Balay, Marius Avram (hər ikisi Rumıniya)
Dördüncü hakim: Ovidiu Artene (Rumıniya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
Bakı. “Bakcell Arena” stadionu

"Qəbələ" - "Krasnodar" oyununu canlı izləyə bilməyənlər üçün matçın video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR