Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynanı məhkəməyə verir

Rusiya Ukraynanı məhkəməyə verir

Rusiya siyasətçisi: “O, Jirinovski ilə Hitlerin qarışığıdır” (28 Fevral 2017 11:43)

Tarix: 9 Dekabr 2015 21:57

Ukrayna Rusiyaya olan 3 milyard dollarlıq borcu qaytarmasa, Moskva Kiyevi məhkəməyə verəcək.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 9-da Nazirlər Kabinetinə müvafiq göstəriş verib.

Prezident maliyyə naziri Anton Siluanova müvafiq tapşırıq verib.

Məlumatı İnterfaks agentliyi yayıb.

Baş nazir Dimitry Medvedev bundan əvvəl bildirmişdi ki, Ukrayna bu borcu çətin ki, qaytarsın çünki fırıldaqçıdılar.

Baş nazir deyib ki, Kiyev borcu ödəməkdən imtina edir, bizim qərb tərəfdaşlarımız isə nəin ki, bizə kömək etmir, əksinə buna mane olurlar.

Ukrayna hökuməti 2013-cü ildə xarici dövlət borclarını ödəmək üçün 3 milyard dollarlıq qiymətli kağız buraxıb, Rusiya isə onları alıb. İlin sonunda onların ödənilməsinə qoyulmuş vaxt sona yetir.

Milli.Az


Teqlər:  Rusiya Ukraynanı məhkəməyə verir



RƏYLƏR


Top xəbərlər