Növbəti devalvasiya ehtimalı evlərin qiymətinə necə təsir edəcək?

Növbəti devalvasiya ehtimalı evlərin qiymətinə necə təsir edəcək?
22:05 9 Dekabr 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

"Onlar yastıq altında olan vəsaitləri sonradan bazara cəlb edəcəklər".

Fevralın 21-də baş verən devalvasiyanın (manatın dollar qarşısında ucuzlaşması - red.) mənzil bazarına təsirinin şahidi olduq. Devalvasiya ilə yanaşı, təkcə Azərbaycanda deyil, dünyada baş verən iqtisadi böhran nəticəsində hazırda ölkənin mənzil bazarında durğunluq davam edir. 

Sual yaranır ki, növbəti devalvasiya ehtimalını nəzərə alsaq bu bazarda mənzillərin qiymətlərinə, alıcı-satıcı münasibətlərinə necə təsir edə bilər?

Milli.Az bildirir ki, oxu.az məsələ ilə bağlı daşınmaz əmlak bazarı üzrə ekspertlərin fikirlərini öyrənib. 

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib ki, fevralın 21-də baş verən devalvasiyaya istinad etsək, bu zaman manatla olan satışların bir anda dollara çevrildiyini, bir müddətdən sonra isə manatla həmin rəqəmlərə qayıtdıqlarının şahidi olduq:

"Fevralın 21-də baş verən devalvasiya zamanı manatla olan satış qiymətləri bir anda dollarla əvəzləndi. Bu keçidə cəhd isə mart ayının sonunadək davam etdi. Bunun nəticəsində alıcılar isə bazarda baş verən bu proses ilə barışmadılar. Satıcılar isə sonda əvvəlki manatla olan rəqəmlərə qayıtmağa bir növ məcbur oldular. Devalvasiya bazara təsir etmədi demək də düzgün olmazdı. Faizlə ifadə etsək, devalvasiyanın 15% təsiri oldu. 

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə açıqlamasında deyib ki, ehtimal olunan devalvasiya bazarı faktiki olaraq iflic vəziyyətinə salıb:

"Devalvasiya ehtimalı faktiki olaraq bazarı iflic vəziyyətinə salıb. Əhalidə mövcud maliyyə resursları ilə yanaşı, eyni zamanda fond bazarına da bir etimatsızlıq yaranıb. Yəni, hökumətin bu istiqamətdə qəbul etdiyi qərarlar, eyni zamanda makroiqtisadi baxımdan Azərbaycanı mövcud, qarşıda gözlənilən müəyyən təhlükələr, müəyyən qrupların əlində, mövcud vəsaiti olan insanları gözləmək mövqeyinə keçməyə, proseslərin axarını sona qədər izləməyə sövq edir. 

Bu da təbiidir. Yəni, hökumət vergi yükünün artırılması və yaxud dəyişdirilməsi, daşınmaz əmlakın vergiyə cəlb edilməsi və s. istiqamətdə tez-tez qərarlarını dəyişir. Bu da təbii ki, əlində vəsaiti olan insanları indiki mərhələdə daşınmaz əmlaka investisiya qoymaqdan çəkindirir. 

Hesab edirəm ki, bu indiki mərhələdə baş verən proseslər əmanətlərin azalması, həm də daşınmaz əmlaka ödənilən vəsaitlərin həcminin azalması təbiidir. Yəni burda əsas məsələ bu sahələrə sırf olaraq etimatsızlıqla bağlıdır".

Mümkün devalvasiya ehtimalının mənzil bazarında satıcı-alıcı münasibətlərinə təsirindən danışan ekspert qeyd edib ki, əgər devalvasiya baş verəcəksə, insanlar yastıq altında olan vəsaitlərini bir müddətdən sonra bazara cəlb edəcəklər:

"Devalvasiyanın olması ilə bağlı hələki informasiyalar, proqnozlar var, amma bu nə vaxtdan başlayacaq, bunu isə demək bir qədər çətindir. Dünyada baş verən proseslər, maliyyə bazarlarında baş verən proseslər hər gün dolların xeyrinə dəyişməkdədir. Dolların mövqeyini gücləndirir. Bu baxımdan indiki mərhələdə devalvasiyanın başvermə ehtimalı həddən artıq yüksəkdir. 

Düşünürəm ki, hökumət fevral devalvasiyasında olduğu kimi, birdən-birə 25-30%-lik devalvasiyaya getməyəcək. Bu proses tədricən müəyyən mərhələli şəkildə həyata keçiriləcək. Bu proses mərhələli şəkildə baş verdiyi təqdirdə bu alıcılıq qabiliyyətinin aşağı düşməsinə təsir göstərəcək.

Əhalinin belə deyək yenidən maliyyə və fond bazarlarına olan marağı, etimadı azalacaq. Proses stabilləşdikdən sonra, əhali yastıq altında olan vəsaitləri daşınmaz əmlak bazarına cəlb etməkdə maraqlı olacaq".

Öz növbəsində, "Value&Sources Consaltinq" Şirkətinin rəhbəri Rəşad Əliyev isə deyib ki, mümkün devalvasiya ehtimalı bazarda qiymətlərə təsir edir, ancaq devalvasiya baş verəcəyi təqdirdə ev alqı-satqı prosedurları təxirə salına və ya ləğv edilə bilər:

"Manatla ifadədə vəziyyətin qeyri-müəyyən olmasına səbəb devalvasiyanın həcminin nə qədər olacağı ilə bağlı məlumatın olmamasıdır. Bilirsiz ki, ev alqı-satqı prosedurları özü müəyyən qədər vaxt tələb edir.

Əgər, mümkün devalvasiya baş verəcəyi təqdirdə, alqı-satqı əməliyyatlarının icrasında müəyyən problemlər yaşana bilər. Ya onlar təxirə salına, ya da ləğv edilə bilər. Biz 21 fevral devalvasiyasında da bunun şahidi olduq", - deyə o əlavə edib. 

Ekspert onu da əlavə edib ki, bəzi insanlar devalvasiya təhlükəsi qarşısında belə, mənzil bazarına investisiya edirlər. Bu isə bank sektorunda olan narahatlıqla bağlıdır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan Premyer Liqasında II turun proqramı açıqlanıb

17 Avqust 2017 12:17

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

17 Avqust 2017 12:17

Bu əsərin qiyməti sizi ŞOKA SALACAQ - FOTO

17 Avqust 2017 12:13

Saç tökülməsinin qarşısını alır

17 Avqust 2017 12:08

Yaponiyada hərbi helikopter qəzaya uğrayıb

17 Avqust 2017 12:07

Müqəddəs cizgi: şanlı yolun tarixçəsi

17 Avqust 2017 12:04

Xəstəxanaya silahlı hücum: 7 ölü

17 Avqust 2017 12:03

Talassemiya Mərkəzi ilə bağlı yeni

17 Avqust 2017 11:59

Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək

17 Avqust 2017 11:57

"Neftçi"nin sabiq hücumçusu Malta klubunda

17 Avqust 2017 11:57

Türkmənistanın keçmiş prezidentinin təhlükəsizlik xidmətinin rəisi həbsxananda ölüb

17 Avqust 2017 11:57

II turun oyun proqramı

17 Avqust 2017 11:57

Hakerlərin çılpaq şəkillərini yaydığı MƏŞHURLAR

17 Avqust 2017 11:53

MTRŞ sədri narazı olduğu televiziya verilişlərinin adlarını açıqlayıb

17 Avqust 2017 11:52

Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

17 Avqust 2017 11:52

Bu da Nuranın “İphone 7” ilə çəkilən klipi – VİDEO

17 Avqust 2017 11:48

BFB-nin cari dövriyyəsi ötən ilin məcmu dövriyyəsini üstələyib

17 Avqust 2017 11:47

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb

17 Avqust 2017 11:47

Əfran üçün…

17 Avqust 2017 11:47

"Bu qrupların Azərbaycanda dayaq tapması mümkünsüzdür"

17 Avqust 2017 11:44

Niderlandda radiostansiyaya hücum: girovlar var - FOTO

17 Avqust 2017 11:43

Tanınmış amerikalı basketbolçu vəfat edib

17 Avqust 2017 11:42

Taksilərdə radikal dini təbliğat gedir

17 Avqust 2017 11:39

“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib

17 Avqust 2017 11:35

SENSASİYA: Ateist alimdən Allahın varlığı ilə bağlı İNANILMAZ ETİRAF

17 Avqust 2017 11:33

KİV: Hollandiyada yerli radiostansiya binasında insanlar girov götürülüblər

17 Avqust 2017 11:32

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ!

17 Avqust 2017 11:30

Dünyanın lideri dəyişir: Ağ Ev 25 illik müharibənin nəticəsini AÇIQLADI

17 Avqust 2017 11:28

DƏHŞƏT: Bu ölkədə hər 4 saatdan bir 1 nəfər edam olunur

17 Avqust 2017 11:26

“Kopenhagen”in futbolçusu əməliyyat olundu

17 Avqust 2017 11:24

Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu Fəvvarələr meydanında konsert verəcəklər

17 Avqust 2017 11:22

Azərbaycan gömrükçüləri 39 ədəd mobil telefon müsadirə edib

17 Avqust 2017 11:22

Bakıda bacı və qardaşı öldürən şəxsin məhkəməsi başlayıb

17 Avqust 2017 11:22

Bakıda həbsxanada dava: məhkumlar bir-birini döydü

17 Avqust 2017 11:19

Komaya düşən Elçin Əlibəyli əməliyyatdan sonra: “Heç nədən xəbərim olmayıb”

17 Avqust 2017 11:18

Rusiyada azərbaycanlı qısqanclıq zəminində ermənini ölümcül döyüb

17 Avqust 2017 11:17

Yunanıstanda meşə yanğını

17 Avqust 2017 11:14

“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib

17 Avqust 2017 11:07

ABŞ-da Linkolnın heykəlinə HÜCUM - FOTO

17 Avqust 2017 11:03

"WhatsApp"dan elə bir funksiya gəlir ki...

17 Avqust 2017 11:03

"Nardaran işi" üzrə təqsirləndirilən sonuncu şəxslərin məhkəməsi təxirə salınıb

17 Avqust 2017 11:02

Vidadi Zeynalov apellyasiya şikayəti verib

17 Avqust 2017 11:02

Magistrların qeydiyyatı bu gündən başlayır

17 Avqust 2017 10:59

Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər

17 Avqust 2017 10:57

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı davam edir

17 Avqust 2017 10:57

"Qəbələ" "Qalatasaray"la oynayacaq - TARİX

17 Avqust 2017 10:54

DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimini başqalarına həvalə etməyin

17 Avqust 2017 10:53

Yemiş tumunun İNANILMAZ FAYDALARI

17 Avqust 2017 10:48

Xəzər iki gənci uddu: birinin 19 yaşı var...

17 Avqust 2017 10:44

Leysan yağışlar İstanbulu bu hala saldı

17 Avqust 2017 10:44