Qonşu ölkələrə gedənlərin nəzərinə - VİDEO

Qonşu ölkələrə gedənlərin nəzərinə - VİDEO
22:17 9 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Qonşu ölkələrdə xüsusi ilə də Gürcüstanda donuz qripinin aşkarlanması təhlükəsizlik məsələsini aktuallaşdırır. Belə ki, qarşıdan gələn bayram ərəfəsində tətilini məhz bu ölkədə keçirməyə üstünlük verən çoxlu sayda insan var. Buna görə də insanlar müəyyən qaydalara riayət etməli və səfər ərəfəsində xüsusi ilə diqqətli olmalidir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Azərbaycan ilə ən çox gediş-gəlişin olduğu ölkələrdən biri  məhz Gürcüstandır. Statistik məlumatlara görə, təkcə ötən il Gürcüstana 1 mln. 200 min Azərbaycan vətəndaşı səfər edib. Xüsusi ilə bayram ərəfələrində səfər ednələrin sayında böyük artım olur. Qarşıdan Yeni il bayramının gəldiyini nəzərə alsaq, bu, artıq ciddi  təhlükə siqnalıdır. Bu səbəbdən də, virusa yoluxmamaq üçün, qabaqlayıcı tədbirlər görmək vacibdir.  

Bundan əlavə, əgər qripə bənzər simptomlarla xəstə olarsa, onun mütləq ayrı otağa yerləşdirilməsi vacibdir. Xəstə çoxlu su qəbul etməli, onun olduğu otağın havası tez-tez təmizilənməli, istifadə etdiyi əşyalar yuyularaq, dezinfeksiya edilməlidir. Əgər xəstədə ağırlaşma olarsa, bu zaman dərhal həkimə müraciət olunmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR