Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov: "Qol vurmaq mütləqdir"

Qurban Qurbanov: "Qol vurmaq mütləqdir"

Date: 9 December 2015 22:18

Bakı. Trend:

"Bu il qrupda son oyunumuzdur. Oyunun mahiyyətini bilirik. Uğurlu nəticə əldə etmək istəyiriksə, bizi qələbə qane edir. Başqa çıxış yolumuz. Ancaq qalib gəlməliyik".

Trend-in Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"lə matç öncəsi keçirilən mətbuat konfransında deyib.

"Çətin olmağına baxmayaraq, komandanı oyuna tam hazır etmişik. Hər bir futbolçu meydanda sonadək mübarizə aparacaq. Çünki bu oyunda bizi bir nəticə qane edir. Hər bir futbolçu məsuliyyətini dərk edir. Rəqib evdə və ya səfərdə oynamasından asılı olmayaraq, aqressiv oyun nümayiş etdirir. Əgər qismətimizdə varsa, sabah qalib gələcəyik. Bizim itirəcək heçnəyimiz yoxdur".

Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ" bütün qrup oyunlarında yaxşı müdafiə oynayıb. Ancaq sabah "Qarabağ"a qol lazımdır. Bu səbəbdən taktiki dəyişiklik gözlənilirmi?

- Dəyişiklik hər oyunda olur. Hər bir komandaya qarşı düzgün müdafiə olunmasan, problem yarana bilər. Biz buna hazırıq. Lazım olanda müdafiədə, lazım olanda hücumda olacağıq. Qalib gəlmək istəyiriksə, qol vurmaq mütləqdir.

-Üstünlük "Anderlext" tərəfdədir. Sabah inşallah çalışacağıq ki, ən azından azarkeşlərimiz oyunumuzdan razı qalsın. Zədəli oyunçularımızın kimlər olduğunu bilirsiniz.Təbii ki belə olanda heyət seçimində müəyyən çətinliklər olur.

-"Qarabağ" həmişə ümidini son mərhələyə saxlayıb. Necə etmək lazımdır ki, "Qarabağ" daha yuxarı mərhələlərə qalxsın? Bəlkə 3-4 peşəkar oyunçu almaq lazımdır?

- Real baxsaq, futbolun gözəlliyi ondadır ki , hər uğurlu nəticə son qalır. Keçən il belə hal baş vermişdi. Amma "İnter"ə vurduğumuz qol sayılmadı. Sayılsaydı, növbəti mərhələyə keçəcəkdik. Amma 3-4 oyunçu alsaq, bu o demək deyil ki, növbəti mərhələlərə keçəcəyik, daha yaxşı nəticələr qazanacağıq. Az müddətdir ki, Avropa arenasına çıxmışıq. Hələ görüləsi işlər çoxdur. Qismətimizdə varsa, sabah biz mərhələni keçəcəyik.

- Komandada əhval-ruhiyyə nə yerdədir? Futbolçularda qələbəyə inam necədir? Rəqibdə də itkilər var. Bu bizim köməyimizə gələ bilərmi?

- "Anderlext"i tanıyırıq. Bu futbol klubunun strukturunu bilirik. "Anderlext" üçün bir neçə futbolçunun oynamaması problem deyil. İtkilər daha çox bizdədir. Komanda ab-hava yaxşıdır. Hamı bilir ki, son şansımızdır. Onları heç motivasiya etmək də lazım deyil. Futbolçuların hər biri öz məsuliyyətini dərk edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Qurban Qurbanov Qol vurmaq mütləqdir

RƏYLƏR


Top news