Yeni il ərəfəsi yarmarka təşkil ediləcək - VİDEO

Yeni il ərəfəsi yarmarka təşkil ediləcək - VİDEO
22:37 9 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il ərəfəsində kənd təsərrüfatı yarmarkaları keçiriləcək. Bakı və Sumqayıtda təşkil olunacaq yarmarkalarda qiymətlərə xüsusi nəzarət olunacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, eni il ərəfəsində - dekabrın 26-dan 31-nədək Bakıda ucuzluq yarmarkaları təşkil olunacaq.

Kənd təsərrüfatı yarmarkaları Xətai rayonu Bakı kinoteatrının yanında, Nərimanov rayonu Keşlə bazarının yanında, Suraxanı rayonu Əmircan qəsəbəsində, Səbail rayonu Badamdar qəsəbəsində və Sumqayıt şəhərində açılacaq.

Yarmarkada kənd təsərrüfatı məhsulları ilə yanaşı digər ərzaq malları da təklif olunacaq. Yarmarkalara çıxarılan məhsullar əsasən yerli məhsullar olacaq.

Dekabrın 25-dən etibarən yarmarkalara məhsul daşıyan rayon qeydiyyatlı avtomobillər paytaxta buraxılacaq. Yarmarkalarda həm qiymətlərə, həm də keyfiyyətə daimi nəzarət aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR