Azərbaycana qarşı təxribata yol vermiş Rusiya kanalından absurd mövqe

Azərbaycana qarşı təxribata yol vermiş Rusiya kanalından absurd mövqe
22:44 9 Dekabr 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın media məkanında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilməsi ilə bağlı dəfələrlə nümunələr olub. Rusiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Rusiya prezidentinin, xarici işlər nazirinin və müxtəlif beynəlxalq təşkilatlardakı təmsilçilərinin dilindən dəfələrlə bu cür bəyanatlar səslənib. Çox təəssüf ki, bir sıra Rusiya KİV-ləri rəsmi Moskvanın bu mövqeyinin əksinə olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz mövqe ortaya qoyurlar. Növbəti bu cür addımı dekabrın 5-də Rusiyanın "Lifenews" kanalı atıb. Kanalda Türkiyənin Rusiyadan başqa digər ölkələrdən qaz almaq imkanları haqqında danışılan süjetdə Azərbaycan xəritəsi təhrif olunub. Ermənistan işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon Azərbaycan ərazisindən çıxarılıb.

 

Onu da xatırladaq ki,  bu, "Lifenews" kanalı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən ilk hörmətsizlik deyil, bundan qabaq da kanalın efirində Azərbaycan əleyhinə süjetlər nümayiş olunub. Onlardan biri guya Çin Xalq Respublikası tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı erməni rejiminin müstəqilliyinin tanınması ilə bağlı süjet olub.

 

"Lifenews" kanalının baş redaktoru Anatoli Süleymanov isə APA-nın moskva müxbiri ilə görüşündə Azərbaycana qarşı qərəzli mövqe tutmadıqlarını təkidlə müdafiə edib. Onun sözlərinə görə, tanınmayan respublikaları "de-yure" aid olduqları ölkənin tərkibində gəstərməmək "Lifenews"un prinsipidir: "Dağlıq Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında gedən müharibədən və mübarizədən asılı olmayaraq biz, kanal olaraq özümüz üçün müəyyən etmişik ki, tanınmayan respublikaları de-yure aid olduqları ölkələrin ərazisi kimi göstərməyək. Bura təkcə Dağlıq Qarabağ aid deyil. Biz, Dnestryanı Respublikanı da de-yure aid olduğu Moldova ərazisi kimi, Dağlıq Qarabağı de-yure aid olduğu Azərbaycan ərazisi kimi, Cənubi Osestiya və Abxaziyanı da Gürcüstan ərazisi kimi xəritədə göstərmirik.

 

Bəli, Cənubi Osetiya və Abxaziya Rusiya tərəfindən tanınır. Lakin dünya onların müstəqilliyini tanımır. Bilirik ki, Rusiya nə Dağlıq Qarabağın müstəqilliyini tanıyıb, nə də Dnestryanının. Biz dövlət kanalı deyilik, özəl kanalıq. "Birinci" kanal, "Rossiya" kanalı siz dediyiniz mövqedən çıxış edirlər. Dağlıq Qarabağ bölgəsinə hazırda Azərbaycan nəzarət etmir. Kanalımız belə qərara gəlib ki, de-yure aid olduğu ölkədən və ərazinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasından asılı olmayaraq əgər həmin ölkə bir ərazini hazırda idarə etmirsə, yəni, həmin ərazi üzərində nəzarəti itiribsə, o zaman həmin ərazini o ölkənin ərazisi kimi göstərməsin".

 

"Əgər günlərin birində Rusiya, ərazisinin hansısa hissəsində nəzarəti itirsə, tutduğunuz bu mövqeni yenə göstərəcəksinizmi? Vaxtı ilə Çeçenistan və İnquşetiya ərazisində İçkeriya adlı dövlət müstəqilliyini elan etmişdi. O zaman "Lifenews" kanalı olsaydı, İçkeriyaya münasibətdə də eyni mövqeyi kanalınızdan gözləmək olardımı?" sualına baş redaktor belə cavab verib: "Biz Rusiya kanalıyıq və Rusiya ərazisində fəaliyyət göstəririk. Əlbəttə ki, İçkeriyanı müstəqil dövlət kimi göstərməyəcəkdik”.

 

A. Süleymanov Dağlıq Qarabağa bitişik olan yeddi rayonun Azərbaycan ərazisi kimi göstərilməməsinin isə səhv olduğunu bildirib: "Bəli, bu səhv gedib. Bu səhvi aradan qaldıracağıq. Xəritəni hazırlayan qrafik ustalarının səhvidir".

 

Göründüyü kimi, kanal rəsmisi rəsmi Moskvanın mövqeyinə əks mövqe tutmaqdan əl çəkməyəcəklərini, belə halların bundan sonra da təkrarlana biləcəyini söyləyib: "Biz öz prinsiplərimizi müəyyən etmişik. Təkcə Dağlıq Qarabağa görə, bu prinsipi dəyişə bilmərik. Dnestryanı, Cənubi Osetiya və Abxaziyaya münasibətdə bu prinsipi tətbiq edib, Dağlıq Qarabağa etməmək olmaz. Sadaladığım ərazilərin heç biri dünya tərəfindən müstəqil ölkə kimi tanınmırlar. Onlar müvafiq olaraq Azərbaycan, Moldova və Gürcüstan əraziləri kimi tanınırlar".

 

"Lifenews" kanalının rəhbərinin milliyyətcə erməni Aram Qabrileyan olmasının isə bu münasibətə dəxli olmadığını bildirən A. Süleymanov kanalda azərbaycanlıların da çalışdığını qeyd edib: “Aram Aşotoviç Azərbaycan dilində səlis danışır. O, Azərbaycan mədəniyyətini çox sevir və hörmət edir. Çünki özü Dərbəndə azərbaycanlıların arasında doğulub, böyüyüb. Orada bildiyiniz kimi azərbaycanlılar, ermənilər bir yerdə yaşayıblar, indi də yaşayırlar. Dağlıq Qarabağa görə Azərbaycan və Ermənistan arasındakı münaqişə Aram Qabrielyanın Azərbaycana münasibətini dəyişməyib. Kanal rəhbərinin Azərbaycana qarşı münasibəti çox müsbətdir. Ona görə də, kanal rəhbərliyinin erməni olması faktorunun heç bir təsiri yoxdur".

 

APA Rusiyada KİV-lə bağlı qanunvericilikdə başqa ölkələrin ərazi bütövlüyünə hörmət olunmasının necə tənzimləndiyini də araşdırıb. Rusiya Kommunikasiya Agentlikləri Assosiasiyalarının vitse-prezidenti, KİV üzrə tanınmış mütəxəssis, professor Vladimir Yevstafyev bildirib ki, "Lifenews" kanalı Azərbaycanın ərazi bütövlüyünə qarşı münasibətdə kobud səhvə yol verib: "Statusundan fərqli olmayaraq, yəni, dövlət və ya özəl kanal olmasında asılı olmayaraq başqa bir ölkənin ərazi bütövlüyünə hörmətsizlik nümayiş oluna bilməz. Bu beynəlxalq qanunlarla tənzimlənən məsələdir. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazisini hansı sərhədlərlə tanıyırsa, "Lifenews" kanalı da süjetlərində Azərbaycanın ərazisini həmin sərhədlərlə göstərməlidir".

 

 

Media eksperti münaqişə baş verən ərazilərin də xüsusi göstərilmə qaydasının olduğunu qeyd edib: "Həmin qaydalara görə, münaqişə ərazisi de-yure aid olduğu ölkənin ərazisi kimi, lakin xüsusi işarələnməklə göstərilməlidir. Münaqişə zonasını heç bir televiziya kanalı və ya KİV özünün müəyyən etdiyi prinsiplərlə göstərə bilməz. Bu baxımdan "Lifenews" kanalının tutduğu mövqe yanlışdır. Ona görə də Azərbaycan tərəfi, Xarici İşlər Nazirliyi qismində "Lifenews"u məhkəməyə verə bilər. Məhkəməyə verməzdən öncə Azərbaycan XİN, ya da Rusiyadakı Azərbaycan səfirliyi "Lifenews"a bu səhvlərin aradan qaldırılması ilə bağlı müraciət ünvanlamalıdır. Əgər "Lifenews" həmin müraciətə baxmasa, o zaman Azərbaycan tərəfi məhkəməyə müraciət edə bilər. Bunun üçün Rusiyada KİV-lə bağlı Şikayət Komissiyası mövcuddur. Həmin komissiya bu cür məsələlərlə məşğul olur”.

 

 

Ekspert deyib ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımır, əksinə Azərbaycanın beynəlxalq səviyyədə, BMT çərçivəsində tanınan ərazi bütövlüyünü qəbul edir: “ Ona görə də bu ölkənin KİV-də və televiziya kanallarında nümayiş olunan xəritələr BMT çərçivəsində qəbul olunan xəritələrə uyğun olmalıdır".

 

 

V. Yevstafyev bildirib ki, "Lifenews" etdiyi səhvi etiraf edib, onu düzəltməlidir: "Burada hansısa kanalın öz prinsiplərindən söhbət gedə bilməz. Dövlət və özəl kanal olmasından asılı olmayaraq heç kəs informasiyanı təhrif edə bilməz. Xüsusən də BMT tərəfindən qəbul olunan ölkə sərhədlərini əks etdirən xəritələri... Ölkələrin sərhədlərini əks etdirən xəritələrə böyük məsuliyyətlə yanaşılmalıdır. Başqa cür mümkün deyil. Açıq-aydındır ki, bu qanun pozuntusudur. Çünki Azərbaycanın BMT tərəfindən qəbul olunmuş sərhədlərini göstərən xəritə qanuni sənəddir. O sənədi pozmağa, təhrif etməyə heç kimin hüququ yoxdur. Bütün KİV-lər beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş normalara uyğun hərəkət etməlidir".   

  

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də APA-ya açıqlamasında ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunmasını pisləyib.

 

“Bu, ilk növbədə kanalın beynəlxalq hüquqa olan hörmətsizliyinin nümunəsidir, obyektivlik və peşəkarlıqdan tamamilə kənardır. "Lifenews" kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənib. Bu da yəqin ki, kanal rəhbərliyinin şəxsi qərəzindən və erməni lobbi dairələrinin təsiri altında olmalarından irəli gəlir” deyə Hacıyev qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nadir Qafarzadə yeni mahnı yazdırıb - VİDEO

22 Avqust 2017 11:29

Gömrükdə avtomobildən xeyli sayda pirotexniki vasitə və fişəng tapıldı

22 Avqust 2017 11:28

Ermənistan ordusunun zabiti iki əsgəri döyüb

22 Avqust 2017 11:27

Astana akimatlığının nümayəndə heyəti Bakıya işgüzar səfərə gələcək

22 Avqust 2017 11:27

Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK

22 Avqust 2017 11:23

ABŞ-ın Moskvadakı səfirliyinin qarşısında viza almaq istəyənlərin uzun növbəsi yaranıb

22 Avqust 2017 11:22

Bu da Səmranın idmançı sevgilisi - FOTOLAR

22 Avqust 2017 11:18

Nazirlik ekoloji qanunvericiliyi pozanları cərimələyib

22 Avqust 2017 11:17

“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır

22 Avqust 2017 11:17

Rusiya ordusunun xüsusi təyinatlı dəstəsi Ermənistanda təlim keçir

22 Avqust 2017 11:12

Azərbaycanın daha 4 yunan-Roma güləşçisi dünya çemionatında mübarizəyə qoşulur

22 Avqust 2017 11:12

"Beşiktaş" Azərbaycana gəlir

22 Avqust 2017 11:10

Kolleclərə qəbul planı 97.51% dolub

22 Avqust 2017 11:09

QMİ "İslam həmrəyliyi ili" çərçivəsində bir neçə ölkədə tədbirlər keçirəcək

22 Avqust 2017 11:07

Filadelfiyada iki qatar toqquşub, 30-dan çox adam xəsarət alıb

22 Avqust 2017 11:07

"Marca" nəşri "Qarabağ"dan üzr istədi!

22 Avqust 2017 11:07

VİDEO: Xalası qızının əri ilə qaçan evli qadının görüntüləri...

22 Avqust 2017 10:58

Tapılan meyitin itkin düşən neftçiyə məxsus olduğu müəyyənləşib

22 Avqust 2017 10:57

Azərbaycan Belarusdan çörək almağa başlayıb

22 Avqust 2017 10:57

Nadir Qafarzadə: "Gəlin, xoş gəldin"

22 Avqust 2017 10:55

Xəzərdəki qəzada ölən neftçilərdən daha birinin meyiti tapıldı

22 Avqust 2017 10:54

Sumqayıtda bu avtomobili görənlər TƏƏCCÜBLƏNİR: 20 min manata satılır - VİDEO

22 Avqust 2017 10:53

ABŞ belə məhv ediləcək: Şimali Koreyadan AMANSIZ CƏZA - VİDEO

22 Avqust 2017 10:53

Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb

22 Avqust 2017 10:52

Azərbaycan Cüdo Federasiyasında dünya çempionatında çıxış edəcək yığma üzvləri ilə görüş keçirilib

22 Avqust 2017 10:52

GƏNCƏDƏ: İntihar etmək istədi, xilas edib döydülər...

22 Avqust 2017 10:50

Varlı ərəb turistləri Bergüzar Korel üçün BUNU DA ETDİLƏR - FOTO

22 Avqust 2017 10:48

Azərbaycan gömrükçüləri avtomobildə pirotexniki vasitə və fişənglər aşkar edib

22 Avqust 2017 10:47

Qızıl ucuzlaşdı

22 Avqust 2017 10:43

“Arada üzümüzə də baxın” – Azərbaycanlı aparıcı sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

22 Avqust 2017 10:38

Kərəm Həsənov Şabranda vətəndaşları qəbul edəcək

22 Avqust 2017 10:37

Hindistan Ali Məhkəməsi ölkədə yaşayan müsəlman kişilərdən boşanma hüququnu əlindən alıb

22 Avqust 2017 10:37

Təzyiqi aşağı salan möcüzəvi qarışıq

22 Avqust 2017 10:36

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib

22 Avqust 2017 10:35

Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb

22 Avqust 2017 10:35

Məşhur futbolçunun qanunsuz miqrant daşıyan mafiya ilə nə əlaqəsi? - FOTO

22 Avqust 2017 10:33

Nazirlik Şəkidə qanunvericiliyi pozan bələdiyyə sədrinə məcburi göstəriş verib

22 Avqust 2017 10:32

ABŞ-ın müdafiə naziri İraqa səfər edib

22 Avqust 2017 10:32

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başladı

22 Avqust 2017 10:30

"Qarabağ" tarixi oyun üçün Danimarkada

22 Avqust 2017 10:29

Əmisi arvadını xurd-xəşil etdi - TOVUZDA

22 Avqust 2017 10:28

Çox utanır, amma etdiyi əməl daha utandırıcıdır

22 Avqust 2017 10:25

"Space"ə keçən azərbaycanlı aparıcı imicini dəyişdi - FOTOLAR

22 Avqust 2017 10:24

Tovuz sakini əmisi arvadını döyərək əlini və ayaqlarını sındırıb

22 Avqust 2017 10:22

Səhnədə Hadisənin ALT PALTARI GÖRÜNDÜ - FOTO

22 Avqust 2017 10:18

Arda Turan hansı klubda oynayacaq?

22 Avqust 2017 10:17

Asılaraq edam edilən, güllələnən MƏXFİ AGENTLƏR

22 Avqust 2017 10:13

DİM: Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisasları üzrə plan yerləri tam dolub

22 Avqust 2017 10:12

OPEC+ ölkələri iyulda hasilat öhdəliklərinə 94% əməl edib

22 Avqust 2017 10:12

ECA sədri transfer "pəncərə"sinin avqustun 31-də bağlanmasının əleyinə çıxış edib

22 Avqust 2017 10:12