Rusiya Türkiyədəki avtomobil zavodunu bağladı

Rusiya Türkiyədəki avtomobil zavodunu bağladı
22:54 9 Dekabr 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

Sakaryanın Söyüdlü kəndində Rusiyanın GAZ yük maşınları istehsal edən fabrik işini dayandırıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə CNN türk xəbər verib. Zavod rəhbərliyi dekabrın 9-dan işçiləri müddətsiz məzuniyyətə göndərib.

 

2012-ci ildən Rusiyanın ən böyük yük avtomobil firması olan GAZ-ın Türkiyədəki distrübüterliyini "Mersa Otomativ" şirkəti həyata keçirirdi. Şirkətin Sakaryada qurduğu zavodda avtomobillərin montaj işləri görülürdü. Zavodun açılışına GAZ-ın rəhbər heyəti ilə bərabər, Rusiyanın enerji naziri Aleksandr Novak da qatılmışdı.

 

Türkiyə mediası yazır ki, Ankara ilə Moskva arasında uçaq böhranı ilə yaranan soyuq münasibətlərə qədər işlər yolunda gedib və zavod nəzərdə tutulduğu kimi, ildə 12 min yük maşını istehsal edib. 20 min işçisi olan zavod eyni zamanda bölgənin ən böyük istehsal müəssisələri sırasında olub. Bir neçə gün öncə isə, burada çalışan Rusiyalı mütəxəssislər ölkələrinə geri çağırılıb.

 

"Mersa Otomotiv" hələlik zavodun dayanması ilə bağlı rəsmi açıqlama yaymayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR