Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaranda son vəziyyət (VİDEO)

Nardaranda son vəziyyət (VİDEO)

Date: 10 December 2015 00:01

İki həftəyə yaxındır ki, işıqsız və qazsız qalan Nardaran sakinlərinin elektrik enerjisi artıq bərpa edilir.

ANS TV-nin məlumatına görə, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti Nardaranda elektrik enerjisinin bərpası istiqamətində işlərini davam etdiriri. Hazırda qəsəbə sakinlərinə yeni elektrik sayğaclarının quraşdırılması prosesi gedir. Məhz sayğacları quraşdırılma proses yalnız “Azərişıq” Açıq Səhimdar Cəmiyyətilə müqavilə imzalayan şəxslərə şamil olunur.

Qəsəbədə yaradılan qərargaha gələrək müqavilə imzalayan sakinlər həmin gündən elektrik enerjisilə təmin edilir. Artıq 300-dən çox evin işğı bərpa edilib. Bununla yanaşı elektirik naqilləri də səhimdar cəmiyyətin işçiləri tərəfindən yoxlanılır. Xəttlərin yenilənməsi işlərindən sonra isə abonentlərə yeni sayğaclar quraşdırılır.

“İşlərimiz öz qaydasında gedir, heç bir problem yoxdur. Gün ərzində 80-90 arasında sayğac quraşdırılır. İşlərə gəlincə isə 5-6 gün olar ki, başlamışıq. Ümumilikdə isə 3 min sayğacın quraşdırılması nəzərdə tutub”, – deyə səhimdar cəmiyyətin işçisi Asəf Qafarov bildirib.

Qəsəbənin mavi yanacaqla təmin edilməsi istiqmətində də işlər davam etdirilir. “Azəriqaz” Açıq Səhimdar Cəmiyyəti də analoji işlər həyata keçirir. Amma hələ də əksər Naradaran sakinləri evlərini odun və taxta parçaları hesabına isidir.

Qəsəbə sakinlərinin Nardarandan çıxışına tətbiq edilən qadağa isə aradan qaldırılıb.

189 saylı xətti üzrə işləyən marşrutun normal şəkildə qəsəbədə hərəkəti bərpa edilib.

“Beş gündür ki, 8 ədəd avtobus bu xətt üzrə fəaliyyət göstərir. Hazırda normal iş qrafik ilə işləyirik. Qəsəbəyə giriş-çıxışda isə polis nəzarəti həyata keçirir”, - deyə avtobusun sürücüsü Röyal Əliyev qeyd edib.

Bu arada Nardaran qəsəbəsi ağsaqqallar şuasının sədir Natiq Kərimov istintaqa cəlb edilib. Son hadisələrlə bağlı izahatanın alınması üçün o, Baş Prokurorluğa aparılıb.

Digər versiyaya görə isə Kərimovun Bakı hava limanı ərazisində kafe sahibi olduğu və həmin obyektə MTN-in baş idarəsinin sabiq rəisi, Akif Çovdarov nəzarət etdiyi deyilib. Natiq Kərimovun saxlanılmasını da bunula əsaslandıranlar var.

Nardaran qəsəbəsində isə yeni polis bölməsi inşa ediləcək. 42-ci polis bölməsinin tikilməsi üçün artıq qəsəbə ərazisində yer də ayrılıb. Polis bölməsi Nardaran və qonşu qəsəbələrdə təhlükəsizliyi təmin etmək məqsədilə yaradılır. Qəsəbənin əsas giriş-çıxışları isə hələ də, hüqüq- mühafizə orqanlarının nəzarəti altındadır.

Bir qədər əvvəl isə saxlanılan Nardaran sakini Natiq Kərimov sərbəst buraxılıb. O, 6 saatdan çox Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində ifadə verib. İfadəsi Nardaranda baş verən hadisələrlə bağlı olub.


Tags:  Nardaranda son vəziyyət VİDEO


RƏYLƏR


Top news