AVRO-2016: püşkatma mərasimində “ulduz yağışı” olacaq

AVRO-2016: püşkatma mərasimində “ulduz yağışı” olacaq
00:14 10 Dekabr 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

AVRO – 2016-nın final mərhələsinin püşkatmasında kimlərin iştirak edəcəyi artıq müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə,  tədbirdə vaxtilə müxtəlif illərdə Avropa birinciliyində iz qoymuş keçmiş futbolçular iştirak edəcəklər.

 

Püşkü hollandiyalı Ruud Qullit və fransalı Biksant Lizarazu çəkəcək. Qullit Hollandiya millisi ilə 1988-ci ildə Avropa çempionu olub və 1997-ci ilin “Qızıl top” mükafatçısıdı. Lizarazu isə Fransanın ən titullu futbolçularından biridi və 2000-ci ildə komandası ilə birlikdə Avropanın ən güclüsü olub.

 

Mərasim boyunca kubokun yanında müşayətçi kimi 1998-ci ilin dünya çempionu, fransız Anri Delon duracaq.

 

Püşkatma tədbirinin aparıcısının köməkçiləri də futbolçular olacaqlar. 1996-cı ilin Avropa birinciliyinin finalının həlledici qolunu vuran almaniyalı Oliver Birhoff və 2004-cü ilin eyni əhəmiyyətli qolunun sahibi yunan Angelos Haristeas aparıcıya asistenlik edəcəklər.

 

Həmin gecənin şərəf qonaqları arasında çexiyalı Antonin Panenka və fransalı David Trezeqe də olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR