Rusiyadan gələn yeni təhlükə

Rusiyadan gələn yeni təhlükə
01:26 10 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Qarşıdan gələn 2016-cı ildə Rusiyanın əksər regionları maliyyə böhranı və defolt riski ilə üzləşəcək.

ANS PRESS-in məlumatına görə, beynəlxalq reytinq agentliyi “Standard & Poor’s” (S&P) gələn il üçün Rusiya regionlarının 86 faizi üçün mənfi proqnoz verib. Qalan 14 faiz region üçün isə proqnozlar sabit olub, agentlik heç bir region üçün müsbət proqnoz verməyib.

Agentliyin məlumatına görə, regionların tələbini nə federal büdcə, nə də bank sistemi qarşılaya bilməyəcək. Son üç ildə bank sisteminin verdiyi kreditlər ildən ilə 25 faiz artıb. "Standard & Poor’s"un proqnozuna görə, Rusiya regionlarının büdcəsinin ümumi kəsiri 2018-ci ilə kimi iki dəfə artacaq və 10 faizə qədər artacaq.

S&P bildirir ki, regionlar zəif iqtisadi artım və korporativ seqmentdə gəlirlərin azalmasından əziyyət çəkəcək. Bu isə əhalinin gəlirlərinin azalması ilə nəticələnək. Nəticədə, əmək miqrantları tərəfindən bu ölkədən Azərbaycana göndərilən vəsaitlərin daha da azalacağını proqnozlaşdırmağa imkan verir.

Rusiyada çalışan əmək miqrantlarının göndərdiyi vəsaitlər ölkəyə göndərilən pul köçürmələrinin əsas hissəsini təşkil edir. Bu il Azərbaycana gələn pul köçürmələrinin həcmində əhəmiyyətli dərəcədə azalma olub və belə çıxır ki, bu meyl qarşıdan gələ illərdə də davam edəcək.

Son üç ildə Azərbaycana daxil olan pul baratları, mln.$


Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin 9 ayı üzrə pul siyasəti barədə icmalında bildirilir ki, Bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana daxil olan pul köçürmələri ötən ilin müvafiq dövrünə baxanda 31,9% azalaraq 863 milyon dollara bərabər olub. 2014-cü ilin yanvar - sentyabr aylarında ölkəyə 1 milyard 267 milyon manat vəsait daxil olmuşdu.

İqtisad Universitetinin professoru Zahid Məmmədov bu azalmanın Azərbaycan əhalisinin maddi durumuna elə bir ciddi təsir göstərməyəcəyini vurğulayır. "MDB məkanında Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistan kimi ölkələrin həyatında Rusiyadan gələqn transfertlər böyük rol oynayır. Amma Azərbaycan üçün bunun elə də əhəmiyyəti yoxdur. Ona görə də narahat olmağa dəyməz",- deyə Zahid Məmmədov ANS PRESS-ə bildirib.

İqtisadçı ekspertin dediklərini Dövlət Statistika Komitəsinin məlumatları da təsdiq edib. Statistikaya görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 30,12 milyard manat olub. Göründüyü kimi, bu ilin ilk doqquz ayında xaricdən pul köçürmələri əhalinin ümumi gəlirlərinin yalnız 2,8% faizini təşkil edib. Halbuki, professorun sadaladağı ölkələrin bəzilərində bu göstərici 40%-ə qədər çatır.


Zahid Məmmədov - İqtisad Universitetinin professoru


Zahid Məmmədovun sözlərinə görə, Rusiyadan gələn pul köçürmələrin müəyyən hissəsi əslində Azərbaycan əhalisinin güzəranının pisləşməsinə səbəb olur: “Bir çox əmək miqrantları vəsaitləri əmlak bazarınına yönəldirlər ki, bu həmin bazarda qiymətlərin şişməsinə səbəb olur. Nəticədə, sadə vətəndaşlar mənzil ala bilmirlər. Həmin evlər çox vaxt sadəcə prestic üçün alınır - nə kirayəyə verirlər, nə özləri qalırlar. Sadəcə, bayramdan bayrama gələrək şəkil çəkdirirlər”.

Professor həmin vəsaitləri əmlakdan çox kiçik və orta sahibkarlıq (KOS) obyektlərinə yatırmağı daha məqsədə uyğun sayır: “Həmin vəsaitləri ictimai-iaşə sektoruna yönəltmək olar. Azərbaycan paytaxtında normal yemək verən ucuz yeməkxanalar şəbəkəsi yoxdur, yeganə alternativ bahalı restoranlardır. Halbuki, azərbaycanlılar bu sahədə Rusiyada böyük uğurlar qazanıblar. Məsələn, Sankt-Peterburqda şərurlu Səfiyar deyilən bir azərbaycanlı iri yeməkxana şəbəkəsi qurub. Belə adamları Bakıya da dəvət eləmək olar. İlk olaraq məktəblərin və universitetlərin yeməkxanalarını belə adamlara həvalə etmək lazımdır”.

Miqrant köçürmələrinin ölkənin iqtisadi inkişafa səbəb olması üzrə Türkiyənin çox gözəl örnəyi var. Türkiyənin orta səviyyəli biznesində uğur qazananların əksəriyyəti vaxtı ilə Almaniyada əmək miqrantı olmuş adamlardır. Bu ölkədə bir çox nəqliyyat, yeyinti, toxuculuq və iaşə müəssisələri məhz əmək miqrantlarının vəsaitləri ilə qurulub. Azərbaycan da Rusiyadan gələn pulları bu istiqamətə yönəltmək barədə düşünməlidirlər.

Azərbaycanlıların pul sevgisi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR