Beyin gücü ilə işləyən avtomobil (FOTO)

Beyin gücü ilə işləyən avtomobil (FOTO)
01:46 10 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Çinli ixtiraçılar beyin gücü ilə işləyən avtomobil hazırlayıblar.

ANS PRESS-in verdiyi məlumata görə, hər kəsin marağına səbəb olan ixtiralar sırasına çinli ixtiraçıların ərsəyə gətirdiyi yeni beyin gücü ilə çalışan avtomobillər daxil edilib.

Dünya sürücüsüz avtomobillər ixtira etməyə çalışdığı bir vaxtda Çinin Tianşin şəhərindəki Nankai unveristetinin ixtiraçıları tərəfindən hazırlanan bu avtomobili, beyindən ötürülən dalğalar vasitəsilə irəli-geri sürmək və qapılarını açıb-bağlamaq mümükün olacaq. Əmirlərin ötürülməsi üçün sürücülərin üzərinə 16 fərqli sensorlu başlıq yerləşdiriləcək.



Bu başlıqlar vasitəsi ilə sürücülər rahatlıqla beyindən ötürülən dalğalar vasitəsilə avtomobillərini hərəkətə gətirə biləcəklər.
Hal-hazırda üzərində müəyyən texniki işlər aparılan avtomobillərin nə zaman insanların istifadəsinə veriləcəyi məlum deyil.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR