Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR

​Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR

Date: 10 December 2015 02:17

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son səkkiz qarşılaşma keçirilib.
"Report" xəbər verir ki, İngiltərənin "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", İtaliyanın "Roma", Almaniyanın "Bavariya", Belçikanın "Qent", Ukraynanın "Dinamo", Rusiyanın "Zenit" və Portuqaliyanın "Benfika" klubları turnirin "play-off" mərhələsinə vəsiqə qazanıblar.
Qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına düşüblər, sonuncu yerin sahibləri isə bu mövsümlük Avrokuboklara vida ediblər.
Çempionlar Liqası. Qrup mərhələsi. 6-cı tur
"E" qrupu
"Roma" – BATE - 0:0
"Bayer" – "Barselona" - 1:1
Qollar: 0:1 – 20 Messi, 1:1 – 23 Ernandes.
"F" qrupu
"Dinamo Zaqreb" – "Bavariya" - 0:2
Qollar: 0:1 – 61 Levandovski, 0:2 – 64 Levandovski.
"Olimpiakos" – "Arsenal" - 0:3
Qollar: 0:1 – 29 Jiru, 0:2 – 49 Jiru, 0:3 – 67, penal Jiru.
"G" qrupu
"Çelsi" – "Portu" - 2:0
Qollar: 1:0 – 12, avtoqol Markano, 2:0 – 52 Villian.
"Dinamo Kiyev" – "Makkabi Tel-Əviv" - 1:0
Qol: 1:0 – 16 Qarmaş.
"H" qrupu
"Qent" – "Zenit" - 2:1
Qollar: 1:0 – 18 Depuatr, 1:1 – 65 Dzüba, 2:1 – 78 Miliçeviç.
"Valensiya" – "Lion" - 0:2
Qollar: 0:1 – 37 Korne, 0:2 – 76 Lakasett.

Tags:  Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub NƏTİCƏLƏR

RƏYLƏR


Top news