Çempionlar Liqası: "Lokomotiv" Almaniyadan məğlubiyyətlə qayıdır

Qadın voleybolçuların Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu davam edir.

A qrupunda mübarizə aparan digər təmsilçimiz "Lokomotiv" "Ştuttqart"ın qonağı olub. Təmsilçimiz məğlubiyyətlə üzləşib. Almaniya təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.

Çempionlar Liqası

A qrupu

“Ştuttqart” (Almaniya) – “Lokomotiv” (Azərbaycan) - 3:1(25:23, 26:24, 16:25, 25:16)

Hakimlər: Avelino Azevedo (Portuqaliya), Daniele Rapisarda (İtaliya)

Ştutqart, Şarrena Sarayı

Aktivində 6 xalı olan "Lokomotiv" A qrupunda ikinci sırada qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR