Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin Ukraynanı hədələdi, Kiyevin cavabı gecikmədi

Putin Ukraynanı hədələdi, Kiyevin cavabı gecikmədi

Date: 10 December 2015 03:41

Ukraynanın avroistiqrazlar üzrə Rusiyaya borclu olduğu 3 milyard dolların ödəniş tarixinə sayılı günlər qaldığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin iclasında Ukrayna borcunun aqibətini müzakirəyə çıxarıb.

ANS PRESS-in məlumatına görə, Rusiya Ukraynaya həmin borcun 2016-2018-ci illər ərzində 1 milyardlıq köçürmələr yolu ilə 4 illik restrukturizasiyasını (təkrar strukturlaşdırma) təklif etsə də bunun üçün ABŞ və ya Avropa Birliyindən olan hər hansı maliyyə institutunun həmin borcun ödənilməsinə görə zamin durmasını və riskləri bölüşməsini şərt qoyub.

Rusiyanın 2013-cü ildə aldığı avroistiqrazlar üzrə Ukrayna höküməti dekabrın sonunda ödəniş etməlidir. Habelə, Ukrayna maliyyə naziri Natalya Yaresko təyin olunmuş müddətdə - yəni 21-dekabr tarixinə kimi Ukraynanın 3 milyardlıq krediti ödəməkdən imtina edəcəyinin gözlənilən olduğunu bəyan edib.


Rusiya - Ukrayna sərhədi

İclasda Putinin nəzərinə çatdırılıb ki, nə ABŞ höküməti, nə də Avropa Birliyinin maliyyə institutları Ukrayna borcuna görə zamin durmağa razılaşmayıb. Rusiya lideri borcun ödənilməyəcəyi təqdirdə mübahisəni arbitraj məhkəməsi yolu ilə həll etməyə göstəriş verib.

“Qəribədir. Onlar gələn il üçün ölkənin ödəmə qabiliyyətinə belə əmin idilərsə, 4 il ərzində bu riski bölüşməyə razılaşmaq olardı. Şəxsən mənə bu heç aydın deyil. Eybi yox. Neyləyək. Onda verin məhkəməyə”, deyə Vladimir Putin bildirib.


Arseni Yatsenyuk - Ukrayna baş nazir

Ukrayna tərəfinin Rusiyaya cavabı çox gecikməyib. Ukrayna baş naziri Arseni Yatsenyuk bəyan edib ki, Ukrayna Rusiya ilə 3 milyardlıq borca görə məhkəmədə görüşməyə hazırdır.

Onun sözlərinə görə, borcun restrukturizasiya olunması ilə bağlı Ukrayna beynəlxalq kreditorlarla müqayisədə Rusiyaya daha əlverişli şərait yaratmayacaq.

Tags:  Putin Ukraynanı hədələdi Kiyevin cavabı gecikmədi



RƏYLƏR


Top news