Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftçilər yanğından bu qayıqla xilas olub (VİDEO)

Neftçilər yanğından bu qayıqla xilas olub (VİDEO)

Date: 10 December 2015 04:06

Sosial şəbəkələrdə xilasedici qayıqlarla bağlı yazılanların hamısı əsassızdır.

ANS PRESS-in məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib. Onun sözlərinə görə, qayıqlar sosial şəbəkələrdə yazıldığı kimi keyfiyyətsiz olmayıb. Vitse-prezident həmin qayıqların 2011-ci ildə Cənubi Koreya istehsalı olan şirkətdən alındığını və müasir tələblərə cavab verdiyini bildirib.

Mətbuat konfransında həmin qayıqlarla bağlı videoçarx nümayiş etdirilib.

Bildirilib ki, həmin xilasedici qayıqların adam tutumu 42 nəfərdir. Qayığın içərisində olan təchizat 3 hissədən ibarətdir.

1. Qayığın istismar vasitələri
2. Həyat təhlükəsi vasitələri
3. Siqnalizasiya və diqqət cəlbedici vasitələr

Xilasedici qayıqla bağlı daha ətraflı məlumatı aşağıdakı video materialdan əldə edəbilərsiniz.



Xalik Məmmədov mətbuat konfransında sosial şəbəkələrdə şirkətin ünvanına səsləndirilən tənqidlərə də münasibət bildirib.

SOCAR rəsmisi “Günəşli” platformasındakı işçilərin xilasedici jiletlərinin olmaması barədəki iddiaların əsassız olduğunu deyib:

“Yazırlar ki, SOCAR küləyin olduğunu bildiyi halda işçiləri niyə təxliyə etməyib. Bayır işlərinin məhdudlaşdırlması təxliyə demək deyil. Təxliyə o halda olur ki, ya özülün dayaqlarında qəza olur, ya da platformada qaz partlayışı təhlükəsi. Təxliyə ilə işin gedişinin dayandırılması anlayışlarını qarışdırmaq olmaz. Əgər işçilər platformada olsaydı, 63 ölü olardı", deyə vitse-prezident bildirib.

Mətbuat konfransının gedişi ilə tam şəkildə aşağıdakı videolarda tanış ola bilərsiniz.







Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:

Dalğıclar neftçilərin axtarışını dayandırdı (YENİLƏNİB)
Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB - 3, VİDEO)
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi (YENİLƏNİB - 2)
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Azərbaycanda bəzi telekanallar matəmə riayət etmir
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır

Tags:  Neftçilər yanğından bu qayıqla xilas olub VİDEO


RƏYLƏR


Top news