Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Beynəlxalq ​Multikulturalizm Mərkəzi İtaliyada monitorinq aparıb

Bakı Beynəlxalq ​Multikulturalizm Mərkəzi İtaliyada monitorinq aparıb

Date: 10 December 2015 04:27

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İtaliyanın "La Sapienza" Universitetində monitorinq keçirib.
Mərkəzdən "Report"a verilən məlumatda bildirilib ki, monitorinqi Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri Aytən Qəhrəmanlı aparıb və məqsəd universitetdə Azərbaycan multikulturalizmi fənninin tədrisi vəziyyətini öyrənmək olub.
Monitorinq iki gün davam edib.
Monitorinq çərçivəsində A.Qəhramanlı "La Sapienza" Universitetinin dekanı F. Biodjini və professor C. Motto ilə görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlığın çox yüksək qiymətləndirildiyi və gələcəkdə də bu əməkdaşlığın davamlı olması arzusu qeyd olunub.
Bildirilib ki, Azərbaycan multikulturalizmi fənninin tədrisi və təbliği sahəsində İtaliyada çox səmərəli əlaqələr qurulub və İtaliyada Azərbaycanın əsrlərdən bəri formalaşan tolerantlıq mühitinə çox böyük maraq var.

Tags:  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İtaliyada monitorinq aparıb

RƏYLƏR


Top news